Lerik meşələrində “yaşıl soyqırım”: Muxtar Babayev susur – VİDEO

Lerik meşələrində “yaşıl soyqırım”: Muxtar Babayev susur – VİDEO

Son zamanlar Azərbaycanda meşələrin kütləvi şəkildə məhv edilməsi ilə bağlı ayrı-ayrı media orqanları və sosial şəbəkə istifadəçiləri həyəcan təbili çalmaqdadırlar. Amma bütün bunlar Ekologiya və Təbii Sərvətlər Nazirliyini narahat etmir, əksinə nazirlik nümayəndələrinin ölkəmizdə yaşıllıq sahələrinin qırılmasına haqq qazandırdığının şahidi olmaqdayıq. Bununla bağlı cumhuriyyet.az-a daxıl olan məlumatlada bildirilir ki cənub rayonlarının meşə fondunun məhv edilməsi ilə bağlı redaksiyamıza daxil olan məlumatlar da bunu təsdiqləyir.
Redaksiyamıza daxil olan məlumatlarda qeyd olunur ki, cənub rayonlarının meşələri ilə bağlı vəziyyət o həddə çatıb ki, hətta ekologiya işçilərinin əksər hissəsi kütləvi şəkildə ağacların kəsilməsinə etiraz etiraz edirlər. Ən dəhşətli məqam isə müşə qırıntıları ilə bağlı şikayət edən vətəndaşlara hədə-qorxu gəlinməsi ilə bağlıdır. Belə ki, ekologiya naziri Muxtar Babayevə və aidiyyati dövlət qurumların edilən müraciətlərdən sonra şikayətçilərə təzyiqlər olunub. Bununla bağlı cumhuriyyet.az-ı bilgiləndirən mənbənin məlumatına görə, Lerik meşələrində-Razvandaband meşəbəyliyinin 20 saylı meşə dolayında və Gurdəsər meşəbəyliyinin 23 saylı meşə dolayında soyqırım səngimir: “Nazirlikdən yoxlama adı altında gələn nümayəndələr – Firdovsi, Ağaqardaş, ETSN-nin Lənkəran Regionalının rəhbəri Rəfayıl və sair cənablar olanları olduğu kimi ya ETSN-nin Nazirinə çatdırmırlar,ya da ki, ümumiyyətlə ETSN-nin naizrindən gilzədirlər. Bu cənablar kimlərəsə havadarlıq etməklə,Lerik meşələrində soyqırıma yardım edirlər.Bu hərəkətləri ilə onlar Ulu öndərimizin bizlərə tövsiyə və vəsiyyət qoyub getdiyi «Mən istəyirəm ki,hamınız təbiəti qoruyanlar olasınız» və “hər kim bir ağac kəsərsə, bilsin ki, mənim qolumu kəsmişdir”sözlərini heçə saymaqla yanaşı,”Soyqırıma” bilavasitə rəhbərlik edirlər,cənab Nazirdə bütün bunlara göz yumur”.
cənub rayonlarının meşələri ilə bağlı vəziyyət o həddə çatıb ki, hətta ekologiya işçilərinin əksər hissəsi kütləvi şəkildə ağacların kəsilməsinə etiraz etiraz edirlər. Ən dəhşətli məqam isə müşə qırıntıları ilə bağlı şikayət edən vətəndaşlara hədə-qorxu gəlinməsi ilə bağlıdır. Belə ki, ekologiya naziri Muxtar Babayevə və aidiyyati dövlət qurumların edilən müraciətlərdən sonra şikayətçilərə təzyiqlər olunub. Bu haqda cumhuriyyet.az-a daxil olan şikayətlərdə həmçinin bildirilir ki, Lerik meşələrindən mebel sexlərinə də işlik materiallar daşınır: Hər gecə ən azından 40-50 kub metr işlik materiallar yük maşınları ilə Lənkəran-Masallı istiqamətinə daşınır. 15 fevral 2019-cü il tarixində Lerikin Vizəzəmin meşəsinin 13-cü meşə dolayını gəzmişəm. 50 ədəd işlik agacların qanunsuz kəsib, emal etdirib meşədən aparıblar. Kötüklərin bir qismini yandırıblar ki, guya bunlar köhnədir. Amma izləri tamamilə itirə bilməyiblər. Bir neçə yerdə material hazırladığı aydın görünür”. Lənkəran Regional Meşə Təsərrüfatı İdarəsi və Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin rəhbər şəxsləri Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən tapşırıq əsasında bu qanunsuzluqları etməkdədir. Bu məsələdə nazirliyin Meşələrin Mühafizəsi və İnkişafı Departamentinin rəhbəri Ağaqardaş Qaraşovun və nazir müavini Firdovsi Əliyevin adı xüsusi ilə hallanır.

 

Mənbə: www.cumhuriyyet.net