Türkiyəli gənc evlənmək üçün Qazaxa gəldi, koronavirusa görə geri qayıda bilmədi - FOTOLAR

Türkiyəli gənc evlənmək üçün Qazaxa gəldi, koronavirusa görə geri qayıda bilmədi - FOTOLAR

Türkiyənin Ardahan şəhərindən Azərbaycana evlənməyə gələn 46 yaşlı kişi koronavirusa görə ölkəsinə qayıda bilməyib.

SONXEBER.AZ xəbər verir ki, Türkay Türköz adlı gənc əmisi oğlu Murat Türkoz və onun həyat yoldaşı Aybəniz Türkozla birlikdə ailə qurmaq üçün Qazax rayonuna gəlib. Burada o, Şahnisə Məmmədova ilə nişanlanıb.

Nişandan sonra Türkay Türkoz, əmisi oğlu Murat Türkoz və həyat yoldaşı Aybəniz Türkoz Türkiyə geri qayıtmaq üçün yola düşüblər.

Onlar Türkiyə ilə Gürcüstan arasındakı Aktaş sərhədində gəliblər. Koronavirusa görə Türkiyə ilə Gürcüstan arasındakı sərhədlər bağlandığına görə onlar Qazax rayonuna geri qayıtmalı olublar.

Ayseı Yusifqızı

Mənbə: sonxeber.az