Kök hüceyrəsindən koronavirusun müalicəsində istifadə olunurmu? -Səhhət

Kök hüceyrəsindən koronavirusun müalicəsində istifadə olunurmu? -Səhhət

GünelBayramova: "Klinik test mərhələsində heç bir qüsur olmadığı təqdirdə, mayınsonunda nəticə əldə edilə bilər” Bütündünya hazırda koronavirusla mübarizədə peyvənd hazırlamaq üçün gecə-gündüzçalışır. Hər gün "xəstəliyin dərmanı tapıldı” başlıqlı "feyk xəbərlər”ləqarşılaşırıq. Bir ümid inanır, dünyanın üzərində dolanan qara buludlardan xilasolacağımız günü səbrsizliklə gözləyirik. Ümid yerimiz isə həkimlərdir...
"Səhhət”rubrikasında kök hüceyrə vasitəsilə xəstəliyin dərmanını axtaran qəhrəmanımızlasöhbətləşdik. Müsahibimiz Türkiyədə kök hüceyrə mühəndisi, araşdırmaçı həkimGünel Bayramovadır. - Günelxanım, kök hüceyrələr nədir?- İnsanorqanizmində önəmli olan yüzlərlə fərqli hüceyrə növləri mövcuddur. Bu hüceyrələrorqanizmimizin kompleks şəkildə işləməsini təmin edir. Kök hüceyrələr spesifikşəkildə bölünərək istənilən hüceyrə tipinə dönüşə və öz-özünü bərpaetməxüsusiyyətinə malikdir. Ən əsası, çoxhüceyrəli toxuma və orqanları əmələgətirməvəzifəsinə sahib əsas hüceyrə tipidir. Kök hüceyrələr bütün toxuma vəorqanlarda olur. Müasir dövrdə hüceyrə və gen mühəndisliyi ümidverici müalicəmetodlari ilə tibbdə əsas yerlərdən birini tutur. Kök hüceyrə ilə müalicəmetodlarında Türkiyədə də uğurlu işlər görülür. Belə ki, elmi və etik qaydalarçərçivəsində "hücrəsəl müalicə” dediyimiz metodu istifadə edərək müasir tibbdə müalicəsiolmayan bəzi xəstəlikləri sağaltmaq mümkündür. - Hazırdakoronavirusla bağlı Türkiyədə vəziyyət necədir?- Türkiyə,koronavirus epidemiyasına qarşı ən təsirli və hazırlıqlı dünya ölkələriarasında ilk sıralarda yer alır. Hazırda Türkiyə, Ümumdünya Səhiyyə Təşkilatınınaçıqlamasına görə, dünyada yoluxmasayına görə onuncu yerdədir. İnfeksiyanın sürətli yayılmasına baxmayaraq, səhiyyəsistemi qabaqlayıcı tədbirlər görür. Belə ki, xəstəliyin sürətlə müəyyənləşdirilməsiüçün Çindən gətirilən 1 milyona qədər testlərdən və reanimasiya xəstələrininmüalicəsində dərman preparatlarından istifadə olunur. Sözügedən diaqnostiktestlər və dərman preparatları pandemiyanın qarşısını almaqda zaman qazandırır.Belə ki, diaqnostik testlər ilk vaxtlarda 3-5 gün ərzində nəticə verdiyi halda,hazırda bir neçə saatda müəyyənləşir. Bunlarla yanaşı, Türkiyə infeksiyanınmüalicəsində istifadə olunacaq tibbi vəsait və süni tənəffüs aparatlarınınistehsalına başlayıb. Səhiyyə Nazirliyi və Maliyyə Nazirliyinin dəstəyi ilə 6univeristet və 1 Diaqnostika Mərkəzində peyvənd araşdırılır. Pandemiyanın əleyhinəistifadə olunacaq peyvənd və dərmanların klinik mərhələsində olduğu deyilir. - Koronavirusvə kök hücrə. Bunların bağlılığını necə izah edərsiniz? Kök hücrə iləkoronavirusu müalicə etmək mümkündürmü?- Mezenkimal kök hüceyrələr (MKH) orqanizmdə bərpa gücünə malik çox sayda hüceyrəyə çevriləbilən və özünü yeniləmə xüsusiyyətinə sahib ana hüceyrələrdir. Bəzi xəstəliklərinmüalicəsində istifadə olunan MKH göbək ciyəsindən, sümük iliyindən, yağtoxumasından əldə edilir. MKH immun sisteminin tənzimləyici hüceyrələrininsayını artırmaqla yanaşı, T və B hüceyrələrinə təsir edərək onlarındavranışlarını dəyişdirir. Bundan əlavə, antibiotiklər virusların çoxalmasınamane olur və bədəndən xaric olmasını artırır. Bu xüsusiyyətini əsas gətirərəkpandemiyada ümidverici müalicə metodu olaraq istifadə edilir. Mezenkimal kökhüceyrələr yaşlı, ağır xəstələrə damar yolu ilə verilərək həm immun sisteminin,həm də ağciyərlərin fəaliyyətini gücləndirəcəyi iddia edilir. Professor ƏrcüməntOvalı "qəhrəmanlarım” adlandırdığıkomandası ilə xəstəliyi keçirib sağalmış 23 donorlarla 12 xəstə üzərində peyvəndin klinik mərhələsinəbaşlayacağını söyləyib. Professor peyvəndin klinik test mərhələsində heç birqüsur olmadığı təqdirdə, mayın sonunda nəticə əldə edəcəklərini bildirib. Ammakoronovirusla bağlı hazırkı vəziyyət deməyə əsas verir ki, yaranmış pandemiya,birincisi, virusun mutasiyası, ( təbii məhvi) ikincisi, onun müalicə və peyvəndinintapılması,üçüncüsü isə orqanizmlərin kütləvi şəkildə bu infeksiyayauyğunlaşması ilə aradan götürülə bilər. - Bəzi həkimlərCOVİD 19-a yoluxanların əksəriyyətinin xəstəliyi yüngül keçirdiyini vurğulayır.Siz necə düşünürsünüz?- COVID-19infeksiyası haqqında bu günə qədər əldə edilən elmi məlumatlar, bəzi insanlarınyoluxma və ciddi simptomlar inkişafetdirmə riskinin daha yüksək olduğunu göstərir.Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) verdiyi məlumata görə, xəstəliyəyoluxanların 80 faizi yüngül keçirir, 20 faizi xəstəxana şəraitində müalicəolunur. Xəstəliyə yoluxma, ümumilikdə, 60 yaşdan yuxarı insanlarda daha çoxmüşahidə edilir. Xəstəlik ən ciddi simptomlarını 60 yaşdan yuxarı olanlarda, ürəkxəstəliyi, hipertoniya, diabet, xroniki tənəffüs xəstəliyi, xərçəng və bu kimiciddi xroniki xəstəlikdən əziyyət çəkən şəxslərdə, eyni zamanda virusa məruzqalan səhiyyə işçilərində özünü göstərir. - Kökhüceyrələrinin hazırki tətbiq sahələri hansılardır?- Kökhüceyrələrinin tətbiq sahələri çox genişdir. Hazırda kök hüceyrələrin tətbiqi bəzixəstəliklərdə sınaq mərhələsində olsa da, bir çoxunda artıq standart terapiyakimi qəbul olunur. Kök hüceyrələrinin effektiv tətbiq edildiyi sahələrə, əsasən,qan xəstəlikləri, mədə-bağırsaq sistemi xəstəlikləri, ürək-damar sistemi xəstəlikləri,dayaq-hərəkət aparatı xəstəlikləri, genetik xəstəliklər, kosmetologiya sahəsinivə ən əsası, onkologiyanı göstərmək olar. Belə ki, kök hüceyrələr müxtəlifanemiyaların, autizmin, talessemiyanın, uşaqlarda serebral ifliclərdə, Hockin vəqeyri-Hockin limfoması, mieolmalarda, əzələ distrofiyalarında,neyroblastomalarda, leykozlarda, onurğa beyni zədələnmələrində, Parkinson xəstəliyində,Alzheymer xəstəliyində, Kron xəstəliyində, hemofaqositoz, hipoksik-işemikensefalopatiyalarda, neyroblastomalarda, irsi xəstəliklərdən kostman, dicorc, günter,qarler xəstəliyində uğurla tətbiq olunur. Kök hüceyrələrin tətbiqinin sınaq mərhələsindəolduğu xəstəliklərə insultu, qaraciyər serrozunu, hepatitləri, böyrəkçatışmazlığını, autoimmun xəstəliklərini, diabet, miokard infarktını, sümükdefisitlərini, ürək çatışmazlığını və başqa xəstəlikləri göstərmək olar. - Kökhüceyrələri onkologiyada hansı formada tətbiq olunur?- İnsanorqanizmində qan yaratmağa cavabdeh olan hüceyrələr sümük iliyindəki kök hüceyrələrdir.Son dərəcə xüsusi funksiyalara malik hüceyrələrin köçürülməsinə ümumi olaraq"sümük iliyi köçürülməsi” və ya "kök hüceyrə transplantasiyası” deyilir. Sümükiliyi köçürülməsi xəstənin öz kök hüceyrələrindən yerinə yetirilsə, buna"autoloq köçürülmə”, ailə üzvləri və ya qohumlardan olmayan toxuma uyğunluğuolan donorlardan alınsa, "allogenik köçürülmə” adı verilir. Sümük iliyitransplantasiyası zamanı köçürülən qan - kök hüceyrədir. Kök hüceyrə, əvvəlkiillərdə sümük iliyindən birbaşa və əməliyyat otağı şəraitində xüsusi iynələrdənistifadə edilməklə yığılırdı. Bu gün isə bu üsuldan nadir hallarda istifadəolunur. Son illərdə daha çox xüsusi dərmanla kök hüceyrələrin sümük iliyindənqana keçmələri təmin edilməklə və "aferez” deyilən bir üsulla yığılır. Buprosedura heç bir cərrahi müdaxilə tələb etmir. Sümük iliyinintransplantasiyası əməliyyatı da cərrahi müdaxiləyə ehtiyac yaratmır. İlik, damaryolu ilə xəstəyə tətbiq edilir, sümük iliyi hüceyrələri bioloji xüsusiyyətləriilə sümük iliyini özləri tapıb yerləşir və qan yaratmağa başlayır. İlikköçürülməsinin əsl çətinliyi, iliyin yeni yerində funksiyalarını mənimsəməzamanı xəstənin müşahidəsinin yaxşı aparılmasıdır. Bu kritik dövrdə qırmızı qan(eritrosit) və ağ qan (leykosit) hüceyrələri, laxtalanmaya xidmət edəntrombositlər yarana bilməz. Buna görə də, bu dövr anemiya, infeksiya və qanaxmakimi ağırlaşmaların baş verə biləcəyi bir dövrdür. Bu dövrdə yarana biləcəkinfeksiyalar, qanaxma kimi arzuolunmaz vəziyyətlərin müalicəsi ilə iliyin qəbuledilməməsi və ya yeni iliyin səbəb olduğu xəstəliklərin qarşısını almaqbaxımından əhəmiyyətlidir. - Kökhücyrə donoru kimlər ola bilər?- 18-50yaş arasında sağlamlığı yerində olan hər kəs kök hüceyrə donoru ola bilər. Buüsul, əsasən, qan verməyə bənzəyir. Donor həmin gün xəstəxanadan gedə bilər,riskli deyil. İkinci donor olmaq üsulu isə sümük iliyinin toplanmasıdır. Donoranesteziya ilə yatırılır, pelvis sümüyündən kök hüceyrə alınır. AygünƏZİZ

Mənbə: kaspi.az