Atom Enerjisi Agentliyi işlərini davam etdirir

Atom Enerjisi Agentliyi işlərini davam etdirir

Eastnews.org-un verdiyi xəbərə görə, Beynəlxalq Atom Enerjisi Agentliyi koronavirusa baxmayaraq, İranda işlərini davam etdirdiyini açıqlayıb.


Bu barədə qurumdan verilən yazılı açıqlamada diqqətə çatdırılıb.


Vurğulanır ki, başda İran İslam Respublikası olmaqla Beynəlxalq Atom Enerjisi Agentliyi texniki işlərini davam etdirir və bu barədə heç bir məhdudiyyət tətbiq olunmur.


Əməkdaşların təhlükəsizlik tədbirlərinin artırıldığını qeyd edən Beynəlxalq Atom Enerjisi Agentliyi bütün dövlətlərə verdikləri dəstəyə görə də təşəkkür edib.

Mənbə: 7sabah.com.tr

Mənbə: eastnews.org