Buralardan bir İsgəndər Həmidov keçdi... - ANIM

Buralardan bir İsgəndər Həmidov keçdi... - ANIM

DİA.AZ: - Bu gün Azərbaycanın keçmiş Daxili İşlər Naziri, mərhum İsgəndər Həmidovun doğum günüdür. DİA.AZ bildirir ki, İsgəndər Həmidov Azərbaycanda Türk Millətçiliyi ideyasının geniş yayılmasında müstəsna rol oyanayan şəxsiyyətlərdən biri kimi hər zaman rəğbətlə anılacaq. Allah rəhmət eləsin...

İsgəndər Məcid oğlu Həmidov (10 aprel 1948, Bağlıpəyə, Kəlbəcər rayonu – 26 fevral 2020, Bakı) — Azərbaycan Respublikasının keçmiş Daxili İşlər naziri, general-leytenant. 1988-ci ildə başlanan Azərbaycan Milli Azadlıq Hərəkatının liderlərindən olub.

İsgəndər Həmidov 1948-ci ildə oktyabrın 4-də Kəlbəcər rayonunda anadan olub. 1965-ci ildə Tərtərdə orta məktəbi bitirmişdir. 1988-ci ildə başlanan Azərbaycan Milli Azadlıq Hərəkatının liderlərindən olub. 1990-cı ildən 1995-ci ilə qədər parlamentin üzvü olmuşdur. 1991-ci ildə Azərbaycan Xalq Cəbhəsinin üzvü olub.

Qarabağ müharibəsi və döyüşlərdə iştirakı
1992-ci ildə Ağdərədə gedən döyüşlərdə, minanın partlaması nəticəsində, onun kürəyinə qəlpə girmişdi. 1992-ci il mayın 16-dan 1993-cü il aprelin 16-a qədər Azərbaycan Respublikasının Daxili İşlər naziri vəzifəsində çalışıb.

Həbs olunması
1995-ci ilin martında ölkədə XTPD döyüşçüləri ilə hökumət qoşunları arasında silahlı toqquşmalar baş verdi. 17 mart 1995-ci ildə İsgəndər Həmidov həbs olundu. Onun həbsi Bakıda omonçuların qiyamının yatırılması ilə üst-üstə düşdü. Martın 31-də isə İsgəndər Həmidovun rəhbəri olduğu "Boz Qurd" Partiyasının fəaliyyəti qadağan edilib. 1995-ci ilin sentyabrında keçirilən məhkəmədə Həmidov 1992-ci ilin avqust-oktyabr aylarında 701 nəfər məhbusun həbsdən azad etmək, "İstiqlal" qəzetinin redaktorunu və əməkdaşını döymək, 400 min ABŞ dollarını mənimsəmək və israf etmək ittihamları ilə 14 il müddətinə azadlıqdan məhrum edilib. 2003-cü ilin dekabrında əfv fərmanı ilə azadlığa buraxılıb.

Həbsdən sonrakı həyatı
2019-cu ilin əvvəlində yaradılan Azərbaycan Xalq Hərəkatının (AXH) qurucularındandır.

2019-cu ilin mayın 20-də o səhhəti ilə bağlı Türkiyəyə aparılmışdı. Türkiyədə bir müddət müalicə alan keçmiş nazir sonra Azərbaycana qayıtmışdı.

2020-ci il yanvarın 24-də İ.Həmidovun halı qəfil pisləşib, huşunu itirərək yıxılıb. Həmin gün axşamüstü Bakıda "City Hospital"a gətirilib, huşsuz durumda olub. Özünə gəlib, yenə huşunu itirib. Daxil olmazdan 5 gün öncə ciddi soyuqdəymə (kəskin respirator xəstəlik) diaqnozu ilə "City Hospital"-da 3 gün intensiv müalicə almışdı, vəziyyəti nisbətən yaxşılaşmışdı.

2020-ci ildə İsgəndər Həmidova ilkin olaraq "aorto-koronar şuntlama əməliyyatından sonrakı vəziyyət, beyin qan dövranının pozulması, ikitərəfli pnevmoniya ilə ağırlaşmış kəskin respirator, "septik şok" diaqnozu qoyulub. Sonrakı müayinə və müalicə tədbirləri üçün xəstənin Mərkəzi Klinik Xəstəxanaya (MKX) köçürülməsi qərara alınıb. 2020-ci il fevralın 4-də komaya düşərək, süni ventilyasiya aparatına qoşulub. 2020-ci il 26 fevral tarixində uzun sürən xəstəlikdən sonra vəfat etmişdir.

Mənbə: www.dia.az