Çad ordusunun əməliyyatı zamanı 52 əsgər və mindən artıq silahlı ölüb

Çad ordusunun əməliyyatı zamanı 52 əsgər və mindən artıq silahlı ölüb

Çad Ordusu “Buheyrat Çad” bölgəsində əməliyyat həyata keçirib. Mindən çox silahlı ölüb.

İnterAz SalamNews-a istinadla xəbər verir ki, bu barədə Çad Ordusu bəyanat verib.

Bildirilib ki, prezident İdrin Debinin göstərişi ilə “Buheyrat Çad” bölgəsində aparılan “Buma qəzəbi” əməliyyatı sona çatdırılıb.

Əlavə edilib ki, bu əməliyyat nəticəsində bölgədə mindən çox Boko-Haram silahlısı öldürülüb.

Silahlıların qalanı Niger və Nigeriya ərazilərinə qaçıblar.

Qeyd edilib ki, əməliyyat nəticəsində ordunun 52 əsgəri həyatını itirib.

Qeyd edək ki, ötən ayın 23-dən Boko-Haramın hücumu nəticəsində Çad Ordusu 92 zabit və əsgərini itirmişdi.

Mənbə: www.interaztv.com