Milli Məclisin Gənclər və İdman Komitəsi qan vermə aksiyasına start verdi

Milli Məclisin Gənclər və İdman Komitəsi qan vermə aksiyasına start verdi

Hörmətli həmkarlar, daha bir məlumatı diqqətinizə çatdırmaq istəyirəm ki, Milli Məclisin Gənclər və İdman Komitəsi qan vermə aksiyası təşkil edir. Belə ki, koronavirus pandemiyasının yaratdığı fəsadlardan biri də donorların sayında azalmaların olmasıdır. Təəssüflə bildirmək istəyirik ki, bütün qan qruplarına olan ehtiyac artmaqdadır.

Bu günlərdə hər birimizin borcu dövlətimizin yanında olmaq və köməkliyimizi əsirgəməməkdir. Aparılan xeyirxah tədbirlərin davamı olaraq, özünü sağlam hiss edən, səhhəti qan verməyə imkan verən hər bir kəsdən Mərkəzi Qan Bankına (Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay 87) yaxınlaşaraq qan verməsini xahiş edirik. Toplanmış qanlar qarşılıqsız olaraq irsi qan xəstələrinə və talassemiyalı vətəndaşlarımıza veriləcəkdir.

Mərkəzi Qan Bankında donorların təhlükəsiz formada qan verməsini təmin etmək məqsədilə girişdə bədən hərarətinin yoxlanılması üçün termal kamera yerləşdirilmiş və donorlar bütün gigiyenik vasitələr ilə təchiz edildikdən sonra minimum təmas səviyyəsində qan verməkdədirlər.

Qeyd edim ki, Mərkəzi Qan Bankında qan verən donorlara qan vermə barədə arayışlar təqdim edilir

Vitse Spiker
Adil Əliyev

Mənbə: faktor.az