Stiven Hokinqin gələcəklə bağlı apokoliptik xəbərdarlıqları

Stiven Hokinqin gələcəklə bağlı apokoliptik xəbərdarlıqları

76 yaşında dünyasını dəyişən məşhur fizik Stiven Hokinq ölümündən əvvəl verdiyi açıqlamalarında bu günümüz və gələcəyimizlə bağlı apokoliptik xəbərdarlıqlar edib.

TED.az olaraq, S.Hokinqin dünya və qiyamətlə bağlı açıqlamarını təqdim edirik.

1. On illərdir ki, Hokinq bəşəriyyətin başqa planetlərdə daimi məskunlaşması üçün hərəkətə keçməli olduğunu söyləyirdi. Bu izahatlar tez-tez manşetlərdə yer alırdı.

2. Hokinqə görə, bəşəriyyəti yer üzündən silə biləcək hadisələrdən qaçmaq mümkün deyil. Bu hadisələrə meteorit zərbələri, süni intellekt, iqlim dəyişikliyi, genetik modifikasiya edilmiş viruslar və ya nüvə müharibəsi kimi hadisələr daxil ola bilər.

3. 2016-cı ildə BBC-yə danışan Hokinq "Dünyada bir ildə bir fəlakətin baş vermə ehtimalı çox azdır. Ancaq bu ehtimal geniş bir müddətdə artır və min, on min il sonra demək olar ki, müəyyən olur", - deyə açıqlama verib.

4. O dövrdə Yer əhalisinin kainata yayıla biləcəyinə inandıqdan sonra Hokinq növbəti 100 il üçün insanlara xəbərdarlıq edib: "Növbəti əsrdə kosmosda kifayət qədər koloniyalar qurmaq üçün texnologiyaya sahib ola bilməyəcəyik, buna görə də bu müddətdə çox diqqətli olmalıyıq".

5. Hokinq 2014-də verdiyi açıqlamasında süni intellektin tam inkişafı, bəşəriyyətin sonunu gətirəcəyini bildirib.

6. O, dünyada həyat üçün ən böyük təhdidlərdən birinin iqlim dəyişikliyi olacağını qeyd etmişdi. Buna görə Hokinq ABŞ-ın Paris Sazişindən çıxması ilə bağlı narahatlığını da açıqlamışıdı: "Biz geri dönüşü olmayan yola çox yaxınlaşırıq. Trampın hərəkəti, turşu yağışları ilə birlikə 250 dərəcəlik istidə Yer kürəsinin Veneraya bənzəməsinə yol aça bilər".

Nuranə DAXİLQIZI

Mənbə: ted.az