İngiltərədə 101 yaşlı kişi koronavirusdan sağaldı

İngiltərədə 101 yaşlı kişi koronavirusdan sağaldı

İngiltərədə koronavirusa yoluxan 101 yaşlı Keyt Uotson sağalıb.

Sabah.az xəbər verir ki, İngiltərənin Redditç qəsəbə sakini Uaston ayağı yaralandıqdan sonra xəstəxanaya müraciət edib. Burada qızdırması qalxdığına görə koronavirus testindən keçib və nəticələri müsbət çıxıb. İki həftəlik müalicədən sonra virusa qalib gələn 101 yaşlı kişi dünən xəstəxanadan yaşadığı qocalar evinə buraxılıb.

İngiltərə mediası, onun ölkədə koronavirusa qalib gələn ən yaşlı insan olduğunu açıqlayıb.

Mənbə: sabah.az