Bu SMS-dən sonra 190 manatı ala bilərsiniz - FOTO

Birdəfəlik ödəməni almaq üçün vətəndaşlara daxil etdikləri nömrələr üzrə SMS göndərilir.

Oxu.Az xəbər verir ki, bu barədə məlumatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov sosial şəbəkədə paylaşıb.

O qeyd edib ki, artıq SMS-i alan vətəndaşlar bank filiallarından və poçt şöbələrindən vəsaiti əldə edirlər. “Dünən də qeyd etdiyim kimi, ilk partiyada 10 min işsiz şəxsə ödəmə edilib. Proses hər gün davam edəcək”.

Ödəmənin alınması ilə bağlı təsdiq SMS-i bu formada gəlir:

 

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Daha bir yaşlı kişi koronavirusdan sağaldı - 102 yaşı var

SONRAKI XƏBƏR

Gimnastımız Bakıda ləğv olunan yarışda bürünc medal qazandı