Kadırov qardaş xalqın ünvanına söyüş söydü və... - Üzr istədi

Kadırov qardaş xalqın ünvanına söyüş söydü və... - Üzr istədi

Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov inquşların ünvanına işlətdiyi senzuradankənar ifadələr üçün üzr istəyib.

Teleqraf.com xəbər verir ki, “Çeçenistan bu gün”ün verdiyi məlumata görə, R.Kadırov deyib:

“Mən burada mütləq sözlərim üçün üzr istəməliyəm. Çeçenlər və inquşlar arasında mübahisə yaratmağa çalışanlardan deyil, hörmətli insanlardan üzr istəyirəm. Mən fikirlərimi qeyri-düzgün ifadə etmişəm. Emosiyalara qapılışam. Sonradan bunu mətbuatdan öyrənmişəm, ancaq bu, bəraət ola bilməz”.

O, Çeçenistan və İnquşetiya ağsaqqallarından və eyni zamanda həmin vaxt yanında olan çeçen müftisindən üzr istədiyini bildirib.

Qeyd edək ki, Çeçenistanın koronavirusla mübarizə üzrə əməliyyat qərargahının iclasında R.Kadırov qonşu İnquşetiyaya yardım göstərilməsi mövzusuna toxunub. Çeçenistan hakimiyyəti İnquşetiyaya tibbi material – maskalar, antiseptiklər, qoruyucu kombinezonlar və sair göndərib.

Çeçenistan rəhbəri qeyd edib ki, “divan şərhçiləri” Rusiya Federasiyasının iki subyekti arasında sərhədlər üzrə razılaşmaya dair məsələlər qaldırıb və bildiriblər ki, R.Kadırov bu yolla “maska əvəzinə torpaq” almağa çalışır. Kadırov inquşların və çeçenlərin qardaş olaraq qaldıqlarını bildirib və bunun əleyhinə olanların ünvanına senzuradankənar ifadələr işlədib, söyüş söyüb.

Mənbə: teleqraf.com