AMEA Rəyasət Heyətinin hüquqlarından biri ləğv edilib

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin hüquqlarından biri ləğv edilib.

APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsində edilən dəyişiklikdə əksini tapıb.

Nizamnaməyə əsasən, indiyədək Akademiyanın Rəyasət Heyəti böyük elmi əsərlər, ixtira və kəşflərə görə görkəmli alimlərin adına mükafatlar, habelə gənc alimlər və Azərbaycan Respublikasının ali təhsil müəssisələrində təhsilalanlar üçün ən yaxşı elmi işlərinə görə adlı mükafatlar təsis edib və mükafatlandırıb.

Dəyişikliyə əsasən, AMEA Rəyasət Heyətinin Azərbaycan Respublikasının ali təhsil müəssisələrində təhsilalanlar üçün ən yaxşı elmi işlərinə görə adlı mükafatlar təsis etməsi və mükafatlandırması hüququ ləğv edilib.

Apa.az

ƏVVƏLKİ XƏBƏR

BNA "Zoom" tətbiqi vasitəsilə mətbuat konfransı təşkil etdi

SONRAKI XƏBƏR

Koronavirusa yoluxan dünya çempionu xəstəxanaya yerləşdirildi