Distant təhsilin fəsadları: dərs əvəzinə...

Distant təhsilin fəsadları: dərs əvəzinə...

Hadisə çərşənbə günü Sinqapurun şərqindəki məktəblərdən birinin onlayn coğrafiya dərsi zamanı baş verib.

BAKI, 10 aprel — Sputnik. Sinqapurun Təhsil Nazirliyi distant təhsil almaq üçün "Zoom" platformasından istifadənin dayandırıldığını bəyan edib. Sputnik Azərbaycan yerli CNA telekanalına istinadən xəbər verir ki, dərslərdən birinin yayımı zamanı kompüterlərin ekranında "ədəbsiz şəkillərin" peyda olması buna səbəb olub.

"Müəllimlərimiz təhlükəsizlik məsələləri aradan qaldırılana qədər "Zoom"dan istifadə etməyəcəklər", - Təhsil Nazirliyinin təhsil texnologiyaları şöbəsinin nümayəndəsi Aaron Lo bildirib.

Hadisə çərşənbə günü Sinqapurun şərqindəki məktəblərdən birinin onlayn coğrafiya dərsi zamanı baş verib. Dərsdə iştirak edən tələbələrdən birinin atası telekanala bildirib ki, əvvəlcə ekranda "ədəbsiz şəkillər" peyda olub, sonra isə hakerlər dərsin qadın iştirakçılarına ədəbsiz təkliflə müraciət ediblər.

Təhsil Nazirliyi hadisənin araşdırılması ilə məşğul olduğunu və təhlükəsizlik parametrlərinin möhkəmləndirilməsi üçün "Zoom"la işlədiyini bildirib. Nazirliyin nümayəndəsi vurğulayıb ki, dərslərin distant keçirilməsi davam edir, müəllimlərə distant təhsil üçün digər resurslardan istifadə etmək tövsiyə edilib.

Mənbə: sputnik.az