COVID-19 yayda yox olacaq? - Alimlər dəqiq cavab verdilər

COVID-19 yayda yox olacaq? - Alimlər dəqiq cavab verdilər

COVID-19 virusu dünyaya yayılmaqda davam edir və pandemiyanın yayda qurtaracağını gözləmək düzgün olmazdı.

BAKU.WS xəbər verir ki, bu iddia ilə koronavirusa ən çox yoluxmuş ölkə olan Birləşmiş Ştatlarının alimləri çıxış ediblər.

ABŞ Milli Elmlər Akademiyasının üzvləri Ağ Evə göndərdikləri məktubda koronavirusun çöldə isti olarkən sadəcə yox olacağına ümid etməyin doğru olmadığını qeyd ediblər. Alimlərin fikrincə, COVID-19 infeksiyası ilə mübarizə aparmaq üçün səhiyyə sahəsində ciddi tədbirlər görülməlidir.

Koronavirusun effektivliyi azalarsa belə dünyada insanlar COVID-19 virusunu bir-birinə ötürməkdə davam edəcəklər.

Bir sıra epidemioloqların fikrincə, koronavirus yalnız insanların kollektiv toxunulmazlığı inkişaf edərsə, dayandırılacaq. Bunun üçün (müxtəlif mənbələrə görə) insanların 70%-dən 95%-ə qədər xəstələnməsi lazımdır.

Mənbə: baku.ws