Şərqi Afrika çəyirtkə hücumu ilə üz-üzə-DƏHŞƏTLİ PROQNOZ

Şərqi Afrika çəyirtkə hücumu ilə üz-üzə-DƏHŞƏTLİ PROQNOZ

Şərqi Afrika əvvəllər olduğundan 20 dəfə böyük çəyirtkə hücumu ilə üz-üzədir
Şərqi Afrika ölkələri gələn yağış mövsümündə 20 qat böyük bir çəyirtkə hücumu ilə üzləşə bilər.
SONXEBER.AZ xarici mətbuata istinadən xəbər veir ki, Birləşmiş Millətlər Təşkilatı (BMT) koronavirusun (Kovid-19) yayılması ilə mübarizə aparmağa çalışan Şərqi Afrika ölkələrinin əvvəlki yağış mövsümündən 20 dəfə böyük bir çəyirtkə hücumu ilə qarşılaşa biləcəyini bildirib.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) verdiyi açıqlamada Kovid-19 olmasına baxmayaraq, bölgə ölkələrində səhra çəyirtkələrinin yayılmasına qarşı mübarizə tədbirlərinin davam etdiyi qeyd edilib.
Bəyanatda bu günə qədər 240 min hektar ərazinin dərmanlandığı və 750 nəfərə nəzarət qaydalarının öyrədildiyi, Keniya, Efiopiya və Somalidə vəziyyətin narahatlıq doğurduğu vurğulanıb.

Açıqlamada, nəzarət işlərinin sürətləndirilmədiyi təqdirdə, çöl çəyirtkə sürülərinin bu yağış dövründə 20 qat daha çox ola biləcəyi və qıtlıqdan əziyyət çəkən milyonlarla Şərqi afrikalı üçün vəziyyətin ciddi olacağı vurğulanıb.

Həmçinin vətəndaş müharibəsinin dağıdıcı təsirləri ilə qarşılaşan Yəmən və İranın da təhlükə altında olduğu deyilib.

Şərqi Afrika və Orta Şərq ölkələrindəki tarlalara aylardır ziyan vuran çəyirtkə sürüləri hər gün 150 kilometr yol qət edə bilir.

Qeyd edək ki, bir kvadrat kilometrə 40-80 milyon çəyirtkə cəmi bir gündə 35 min insan kifayət edəcək qədər qida yeyə bilər.

F. Ağayeva

Mənbə: sonxeber.az