Misir donanmasına yeni sualtı qayıq təhvil verilib

Misir donanmasına yeni sualtı qayıq təhvil verilib

Almaniyanın “Thyssenkrupp” dəniz sistemləri şirkəti Type 209/1400 sinfinə məxsus sualtı qayığı Misir Dəniz Qüvvələri Komandanlığına təhvil verib. Ordu.az xəbər verir ki, bu barədə şirkətin saytında məlumat yayılıb.
Məlumata görə, Misir Dəniz Qüvvələri Kieldə təşkil edilən mərasimdə sifariş olunan 4 gəmidən üçüncüsünü təhvil alıb. Bildirilir ki, koronavirus səbəbindən mərasimdə yalnız layihə rəhbərləri iştirak edib.
Qeyd edək ki, Misir qeyd olunan gəmilərdən birincisini 2016-cı ilin dekabr ayında, ikincisini 2017-ci ilin avqust ayında alıb, sonuncunun isə 2021-ci ildə təhvil verilməsi planlaşdırılır.
Sevinc Əliyeva
Ordu.az

 

Mənbə: ordu.az