Koronavirus Çinə dərs oldu: İt əti qadağan olunur

Koronavirus Çinə dərs oldu: İt əti qadağan olunur

Çin höküməti ölkədə it əti yeyilməsini qadağan etməyə hazırlaşır.

Metbuat.az xəbər verir ki, Çin Təsərrüfat Nazirliyi tərəfindən yayımlanan açıqlamada "ət üçün yetişdirilən heyvanlar" siyahısında itlərin qadağan olduğu bildirilib. Nazirlik bu qadağaya səbəb olaraq "mədəniyyətin inkişafını" və "heyvan haqqlarının qorunmasını" və heyvanalrdan insanlaraxəstəlik keçmə ehtimalını göstərib.

Sözügedən açıqlamadaitlər ev heyvanı kimi təsnifatlandırılıb.

Ötən günlərdən Çinin Şenzen şəhəri ölkədə it və pişik əti yeməyi qadağan edən ilk şəhər olmuşdu.

Qeyd edək ki, 2019-cu ilin sonunda Çində meydana gələn yeni növ koronavirusun məhz Vuhandakı vəhşi heyvan bazarlarında yarandığı bildirilir.

Mənbə: sondakika.com

Mənbə: metbuat.az