Azərbaycanda koronavirusla bağlı 60 minə yaxın test keçirilib

Azərbaycanda koronavirusla bağlı 60 minə yaxın test keçirilib

On beş mindən artıq Azərbaycan vətəndaşı müxtəlif ölkələrdən, o cümlədən dövlət hesabına təşkil olunmuş çarter reysləri vasitəsilə təxliyə edilib. Azvision.az xəbər veirr ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşündə çıxışı zamanı bildirib. Prezident qeyd edib ki, ölkəyə qaytarılmış bütün vətəndaşlar dövlət hesabına 4 və 5 ulduzlu mehmanxanalarda, xüsusi karantin zonalarında yerləşdirilib:

"Eyni zamanda, birinci Avropa Oyunları zamanı açılmış Atletlər kəndində də karantinə alınmış şəxslər yerləşdirilir. Beynəlxalq ticarət daşımaları istisna olmaqla, qarşılıqlı anlaşma və əlaqələndirmə şəraitində qonşu dövlətlərlə yerüstü və hava nəqliyyatı bağlantıları müvəqqəti olaraq dayandırılıb. Digər ölkələrlə beynəlxalq hava sərnişin daşımaları da dayandırılıb.

İndiyə kimi ölkə üzrə 60 minə yaxın test keçirilib. Əhalinin hər bir milyon nəfərinə düşən testin sayı 5200-dən artıqdır. Aparılan testlərin sayına görə dünyada 30-cu, hər milyon əhaliyə görə aparılan testlərin sayına görə 40-cı yerlərdəyik. Azərbaycanda testlərin aparılması üçün 18 laboratoriya fəaliyyət göstərir, onların 5-i yeni yaradılmışdır.".

Mənbə: azvision.az