Mədəniyyət naziri filmə ayrılan pulu mənimsədi – Cinayət işi açıldı

Ermənistanın keçmiş mədəniyyət naziri barəsində külli miqdarda mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə etmə maddəsi ilə cinayət işi açılıb.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı Ermənistan İstintaq Komitəsinin mətbuat xidməti yayıb.

Mənbə bildirir ki, iş artıq prokurorluğa göndərilib.

Qaldırılmış cinayət işində aparılan geniş miqyaslı istintaq və digər prosessual hərəkətlər nəticəsində bəlli olub ki, nazir 2017-ci ildə Kann Film Festivalı çərçivəsində Ermənistan nümayəndə heyətinin xərclərini ödəmək bəhanəsi ilə “Mənim nənəmin qıvrımları” filmi üçün nəzərdə tutulan 6.800.000 dram məbləğində pulu rejissordan vasitəçilər vasitəsilə hissə-hissə alıb.

Qeyd edək ki, 2016-2018-ci illərdə Ermənistanın mədəniyyət naziri vəzifəsini məşhur teleaparıcı Armen Amiryan icra edib.

Babək Göyüş

KONKRET.az

konkret.az

ƏVVƏLKİ XƏBƏR

Oğurladığı qızılları satıb əyləncəyə xərclədi - MƏHKƏMƏ

SONRAKI XƏBƏR

Generalları zindana atdıran Putinin “publika üçün” OYUNU: “Düşmənlərinə mesaj verir” - İlham İsmayıl