Bu vitamin aparata qoşulmuş xəstələri xilas edə bilər - alimlər

Bu vitamin aparata qoşulmuş xəstələri xilas edə bilər - alimlər

Hazırda ağır gedişli koronaviruslu xəstələrin ağciyərlərin süni ventilyasiyası aparatına qoşulmuş xəstələrin cihazdan tez bir zamanda azad olunması uğrunda çarpışırlar.

C vitamini belə xəstələri kritik durumdan daha tez müddətə çıxarmağa kömək edir.

Milli.Az medicina.az-a istinadən bildirir ki, beynəlxalq intensiv terapiya jurnalında Helsinki və Sidney universitetinin həkimləri intensiv terapiyada olan xəstələrdə C vitamininin təsirini göstərən sistematik ədəbiyyatın təhlilini aparıb.

689 pasiyenti əhatə edən 8 iri tədqiqatın nəticələri göstərir ki, C vitamini süni tənəffüs aparatında olan xəstələrin aparatda qalma müddətini 14%azaldıb.

Uzun müddət ventilyasiya aparatına qoşulmuş ağır xəstələrdə bu vitamin daha möhtəşəm nəticələr göstərmişdir.

Belə ki, 471 ağır xəstəyə sutkada 2-6 qr vitamin C verilməsi, onların ventilyasiya müddətini 25% azaldıb, daha tez özlərinə gəlmələrini təmin etmişdir.

"Belə inandırıcı nəticələri nəzərə alıb, intensiv terapiyada olan koronaviruslu xəstələrə C vitamini yüksək dozalarda dəstəyi göstərməklə, onların daha tez sağalmasına nail olmaq olar".

Milli.Az

Mənbə: news.milli.az