"İtaliyada mafiya idarəetməni ələ keçirə bilər" - İmkansızlara kömək etməyə başlayıblar

"İtaliyada mafiya idarəetməni ələ keçirə bilər" - İmkansızlara kömək etməyə başlayıblar

İtaliyada koronavirus səbəbilə yaranan iqtisadi problemlərə görə maddi sıxıntılar çəkən ailələrə mafiya üzvləri kömək etməyə başlayıblar.
Yeniavaz.com Türkiyənin “sözcü” qəzetinə istinadla xəbər verir ki, İtaliya mafiyasının nümayəndələri maddi vəsaiti tükənən vətəndaşları bir-bir müəyyən edib ərzaq və pul veriblər.

Bəzi italiyalı siyasətçilər vəziyyəti analiz edərək bildiriblər ki, hökumət bunun qarşısını almasa mafiya idarəetməni ələ keçirə bilər.

İtaliyada koronavirus səbəbilə 3 milyon 300 min nəfərin işsiz qaldığı bildirilir.

Qeyd edək ki, ölkədə indiyə qədər 147 min 577 nəfər koronavirusa yoluxub və 18 min 849 nəfər koronavirus səbəbilə dünyasını dəyişib.

Mənbə: www.yeniavaz.com