Sabahdan “yardımçı” layihəsinə start verilir

Sabahdan “yardımçı” layihəsinə start verilir

Yardımçı (yardimci.az) layihəsi Azərbaycan vətəndaşlarının bir-birinə vasitəçi olmadan onlayn yardım göstərməsi üçün fəaliyyət göstərir...

Yardımçı (yardimci.az) layihəsi Azərbaycan vətəndaşlarının bir-birinə vasitəçi olmadan onlayn yardım göstərməsi üçün fəaliyyət göstərir. Bu baxımdan imkanlı vətəndaşların bu layihədə fəal iştirakı, ölkəmizin yaşadığı çətin günlərdə imkansızlara böyük dəstək ola bilər.

Digər tərəfdən müraciət etdiyimiz təbəqənin fəallığı dövlətimizin imkanları daxılındə vətəndaşlarımıza etdiyi yardımlara qısmən də olsa köməkdir. Məlumat üçün bildirək ki, layihəyə başladığımız son 3 gün ərzində imkanlı şəxslərin yardım etmək üçün göstərdiyi fəallıq bizim gözləntilərimizin üstündə oldu. Bu bir daha sübut etdi ki, imkanlı insanlarımız bu çətin günlərdə öz millətini, dövlətini tək qoymur. Nəyə imkanı çatırsa imkansızlarla bölüşməyə çalışır. Bunu siz yardimcı.az portalından da görə bilərsiniz. Şəffalıq üçün bütün məlumatlar portalda sadə insanında başa düşdüyü formada izah edilir, göstərilir.

Portal 2 gündür ki, aktiv hala gətirilib. Artıq respublika üzrə 400 nəfərə yaxın şəxs yardım üçün müraciət edib. Təxminən 6500 manat dəyərində 1000-ə yaxın ərzaq zənbilimiz hazırdır. Yəni yardım üçün müraciət edənlərdən artıq ehtiyat ərzaq zənbilimiz mövcuddur. Və bu prosess davam etdirilir.

İnterAz xəbər verir ki, aprelin 13-dən, yəni sabahdan könüllülər tərəfindən yardımların paylanılmasına start veriləcək.

Mənbə: www.interaztv.com