Diqqət: Narkotik maddələr evlərə bu cür çatdırılır

Moderator.az RİA Novosti-yə istinadən xəbər verir ki, mərkəzi ofisi Lionda yerləşən İnterpol 194 üzv olan ölkələrə xəbərdarlıq məktubu göndərib.

Qərargahdan verilən açıqlamaya görə, dünyada qida-yemək çatdıran xidmətlərin sürücülərindən cinayətkarlar narkotik və digər qadağan olunmuş malların daşınmasında istifadə edə bilirlər. Xüsusilə, COVİD-19 pandemiyası ilə əlaqədar karantin rejiminin tətbiq olunduğu zamanda yeməklərin evə çatdırılması xidmətindən daha çox istifadə olunduğu üçün bu yola əl atmaq geniş yayılıb.

Qeyd olunur ki, İrlandiya, Malayziya, İspaniya və İngiltərədəki polis xidmətləri kokain, marixuana, ketamin və ekstazınin bu yolla çatdırılması üzərində artıq müəyyən əməliyyat işi qura biliblər.

Xəbərdə deyilir ki, çatdıran sürücülər çox vaxt nə apardıqlarından məlumatlı olmurlar. Bəzi kuryerlər isə əvvəldən cinayətkarlarla əlbir olurlar.

Moderator.az

ƏVVƏLKİ XƏBƏR

Britaniyada koronavirusdan daha çox qaradərililər ölür - SƏBƏB

SONRAKI XƏBƏR

"Durub getməsəm, bu foto hələ məni çox danışdıracaq" - 1 May düşüncələri...