Türkiyəli həkim Xəzər Universitetinin magistrantlarına onlayn mühazirə oxuyub

Türkiyəli həkim Xəzər Universitetinin magistrantlarına onlayn mühazirə oxuyub

Türkiyənin Özəl Boylam Xəstəxanasının həkimi, psixiatr Erkan Kuru Xəzər Universitetində klinik və ümumi psixologiya ixtisası üzrə təhsil alan magistrantlar üçün növbəti dəfə mühazirə oxuyub.

Universitetdən AZƏRTAC-a bildirilib ki, Erkan Kuru psixofarmokologiya və psixoloqların bu sahə ilə əlaqəli nələri bilməli olduqları haqqında fikir və biliklərini tələbələrlə bölüşüb. O, həmçinin gələcəyin psixoloqlarına peşə inkişafı ilə bağlı məsləhətlər verib.

Mənbə: azertag.az