Balıqçı 100 il əvvəl batan gəmi tapdı

Balıqçı 100 il əvvəl batan gəmi tapdı

ABŞ-ın Viskonsin ştatında balıqçı Kristofer Tuss ov vaxtı təsadüfən 100 il əvvəl batmış yedək gəmini tapıb.

Publika.az xəbər verir ki, bu barədə WGBA məlumat yayıb.

Tuss gözlənilməz kəşfi Miçiqan gölündə edib. O, qalıqlar barədə Viskonsin Tarixi Cəmiyyətinə məlumat verib və öyrənib ki, bu, "JC Ames" yedək gəmisidir.

Viskonsin ştatının tədqiqat koordinatoru Keytlin Zantın sözlərinə görə, tapıntı gəminin ölçüsünə görə unikaldır - uzunluğu 49 metr. O izah edib ki, yedək gəmiləri adətən 15-30 metr uzunluğunda olur. Məlumdur ki, "JC Ames" 1881-ci ildə taxta daşımaq üçün tikilib və 1932-ci ildə qəsdən batırılıb.

Zant qeyd edib ki, gəmi cəmi üç metr dərinlikdə yerləşdiyindən onu öyrənmək asan olacaq. O, "JC Ames"in niyə bu qədər böyük tikildiyini öyrənməyi planlaşdırır.

"Düşünürəm ki, mənim adım batmış gəmilərdən birini tapan şəxsin adı kimi tarixə düşəcək" - deyə Tuss bildirib. Məlum olub ki, ailəsində belə bir kəşf edən tək o deyil. 2015-ci ildə onun nənəsi üç gündə üç batmış gəmi aşkar edib.

Adəm

Mənbə: publika.az