"Necə olmalıdır?" podkastında bu dəfə paytaxt yollarının avtomobil sayına uyğun olub-olmadığı haqqında fikir mübadiləsi aparılıb. "Baku TV"yə istinadən xəbər verilir ki, buraxılışda avtobus və mikromobillik zolaqlarının nə dərəcədə effektli olduğuna, həmçinin ölkəyə gətirilən hibrid avtomobillərinin sayına aydınlıq gətirilib. Eyni zamanda, ölkəyə idxal olunan avtomobillərin sayında gözlənilən artımlar müzakirə edilib. Podkastın qonaqları nəqliyyat eksperti Fərhad Eyyubov və Dövlət Gömrük Komitəsinin rəsmisi Üzel Gülmalıyevdir.
Mənbə: avtosfer.az