Karantin yumşalır, risk artır, bəs koronavirusa ən çox harada yoluxmaq olar? - ARAŞDIRMA

Karantin yumşalır, risk artır, bəs koronavirusa ən çox harada yoluxmaq olar? - ARAŞDIRMA

Avtobus dayanacağında asqıran şəxs mənim üçün nə qədər təhlükəlidir? Restorana getməyə dəyərmi? Bəs, ictimai nəqliyyatdan istifadə etmək olarmı?

Dünya karantindən çıxdıqca biz də sosial mühitə və adət etdiyimiz fəaliyyətlərə geri dönürük, bununla koronavirusa yoluxma və virusun yayılma riski artır. Bu, epidemiyanın ikinci dalğası qorxusunu yaradır.

ABŞ-ın Dartmouth şəhərindəki Massachusetts Universitetinin dosenti, immunoloq Erin Bromage ilə Covid-19 infeksiyasına yoluxma təhlükəsini necə azaltmaq barədə danışdıq.

Dr. Bromage yoluxucu xəstəliklərin epidemiologiyası mövzusunda dərs keçir və yarandığı andan mövcud pandemiyanın inkişafını yaxından izləyir.

O, konkret bu xəstəlik üzrə mütəxəssis olmaqdan daha çox elmi biliklərin təcrübəli təbliğatçısıdır. Onun koronavirusla əlaqəli risklər haqqında bloqunu təxminən 16 milyon insan oxuyub.

O, qismən də olsa normal həyata qayıtma zamanı bəzi şeylərə əməl etməyi məsləhət görür.

Virusa harada yoluxmaq olar?

Dr Bromage deyir ki, insanların çoxu virusa digər ailə üzvlərinin onlara virus keçirməsi ilə yoluxur.

Bəs, evdən kənarda? Biz gündəlik park gəzintisi zamanı özümüzü riskə atırıqmı? Bax elə bu maskasız qaçmağa çıxan düşüncəsiz adam mənə xəstəlik keçirə bilərmi?

Çətin ki, professor deyir.

"Virus açıq havada məhdudiyyətsiz ölçüdə püskürtülür, - o, BBC-yə müsahibəsində izah edir. - İnsan nəfəsi çox tez yox olur".

Bu o deməkdir ki, böyük ehtimal ki, sizin virus dozanız yoluxmaq üçün kifayət etməyəcək.

"Xəstələnməyiniz üçün sizin orqanizminizə infeksiya dozası dediyimiz - SARS-CoV-2 virusunun minlərlə hissəcikləri olmalıdır. Bu qiymətləndirmə MERS və SARS viruslarının araşdırılması zamanı götürülən dozaya əsaslanır", - o, bloqunda yazıb.

Burada əsas odur ki, siz virusa yoluxmaq üçün kifayət edən dozanı bir neçə yollarla yığa bilərsiniz.

"Bir nəfəsdə virusun min hissəciyi və ya on nəfəsə hər dəfə yüz hissəcik və ya yüz nəfəsə hər dəfə on hissəcik. Bu hallardan hər hansı biri yoluxmaya gətirib çıxara bilər", - Dr Bromage izah edir.

Virus simptomları olan insanlar

Öskürək və asqırıq həqiqətən də virusu yayır, amma müxtəlif cür.

İnsan öskürərkən insan havaya 80 km/s sürətlə üç minə yaxın kiçik damcı buraxır, Dr Bromage deyir. Onların çoxu öz ağırlığına görə yerə düşəcək qədər böyükdür, lakin bəziləri havada uça və otağın əks istiqamətinə çata bilər.

Əgər liftdə getdiyiniz insan öskürək əvəzinə asqırırsa, risk 10 dəfə artır.

Asqırarkən insan havaya 320 km/s sürətlə 30 min hissəcik buraxır, hətta onların ölçüsü nisbətən daha kiçik olduğuna görə otağın uzaq hissəinə rahatlıqla gedib çata bilirlər.

Simptomsuz yoluxdurucular

Biz bilirik ki, virusa yoluxandan ilk beş gün müddətində insanlarda simptomlar olmur, bəzilərində hətta daha virusun əlaməti heç olmaya və ya daha sonra ola bilər.

İmmunoloq deyir ki, əgər araşdırmalar düzdürsə, deməli siz virusa yoluxmaq üçün tələb olunan dozanı toplamaq üçün Covid-19 daşıyıcısının 50 dəqiqə ərzində havaya buraxdığı bütün hissəcikləri içinizə çəkməlisiniz.

Mənbə: www.bbc.com