Xəzərə çirkab sulari axıdılır - Sahibkarlar kanalizasiya xəttini ümumi şəbəkəyə qoşmaq istəmir

Xəzərə çirkab sulari axıdılır - Sahibkarlar kanalizasiya xəttini ümumi şəbəkəyə qoşmaq istəmir

Xəzər dənizi hər birimizin sərvətidir.Gərək ki, elə hər kəs buna sərvətə sahib çıxa onu təmiz saxlaya və bizdən sonrakı nəsillərə ötürə.Amma görünən odur ki, bu məqamları əksəri düşünmür əsasən da iş adamları Xəzər dənizi ən çox məhz dənizkənarı obyektlərdən axıdılan çirkab suları hesabına çirkəndirilir. Bununla bağlı Ekologiya və təbii sərvətlər nazirliyi barışmaz mövqeyini davam etdirəcək.

Sahilboyu ərazidə çirkab sularının düzgün idarə olunmadığını hazırda Hövsan qəsəbəsində müşahidə edirik. Belə ki, burda görürsüz müxtəlif iaşə obyektlərindən evlərdən gələn çirkab sular heç bir təmizləyici qurğudan keçmədən birbaşa Xəzər dənizinə axıdılır

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev problemlə bağlı narahatlığını bildirib. Qeyd edib ki, sahilboyu və digər rayonlarda çirkab sularının düzgün idarə olunmaması müşahidə edilir.

Hövsan tərəfdə, Sumqayıt tərəfdə bir neçə nöqtədə narahatedici məqamlar var müşahidələır bununla bağlı lazımı xəbərdarlıq aparılıb layihələr Azərsu tərəfdən aparılıb müxtəlif özəl təşkilatlara məcburi göstəriş verilir.

Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllı da bildirir ki, hazırda infrastruktur olmayan yerlərdə çirkab sularının dənizə axıdılmasının qarşısını almaq mümkün olmur. Gələcəkdə 10 ədəd yeni təmizləyici qurğunun tikilməsi nəzərdə tutulur. Hazırda yalnız Pirşağı qəsəbəsində belə bir qurğunun inşası aparılır. Amma bəzi sahibkarlar təmizləyici qurğu inşa olunandan sonra belə ümumi şəbəkəyə qoşulmaq istəmir. Səbəblərə gəlincə..

Bugünləri bəzi sahibkarlar var bizim mövcud qurğulara qoşulmaq istəmirlər niyə çünki onlar texniki şərt almalı və əlavə tikinti işləri həyata keçirməlidirlər bizim qurğuya qoşulanda şərt alanda kanalizasiya pulu hesablayırıq qoşulmayanda ancaq su pulu ödəyir müraciət edəndə şərt alanda kanalizasiya istifadəçisi qeydə alırıq 1 kubmetrə görə 1 yox 2 manat ödəməli olur

Qedy edəık ki, dənizə çirkab suları axıdan obyektlərə qarşı ciddi tədbirlər görülür, qayda pozanlar barəsində məhkəmələrə müraciət olunur və onlar cərimələnir.

atv.az

Mənbə: www.atv.az