Polşadan təxliyyə edilən azərbaycanlılar DANIŞDI

"Gülərüz polis heyəti, Bakıya çatan kimi möhtəşəm qarşılanma bizdə əla hisslər yaratdı".

Bunu Modern.az-a ötən gün Polşadan təxliyyə edilən vətəndaşımız Ramal Məmmədli bildirib.

 

6 ildir ki, Polşada yaşayan gəncimiz təxliyyə məsələsi ilə bağlı öz fikirlərini bizimlə bölüşüb:
"Polşadan gələnlər arasında tələbələr üstünlük təşkil edir. Amma iş üçün Polşada qalan vətəndaşlarımız da az deyil. Sərhəddi keçəndə hamılıqla test edildik, gündəlik olaraq yenə yoxlanışdan keçirik. Təxliyyə olunanlar arasında virusa yoluxan yoxdur. Narahatlığımız onda oldu ki, çarter reysləri gec təyin edildi. Çünki biz təxliyyə üçün çoxdan müraciət etmişdik. Bunu ona görə xüsusi vurğulayıram ki, Polşada olan əksər vətəndaşlarımızın sığortası yox idi. Polşada isə tibb çox bahadır. Amma birtəhər idarə edə bildik. Mən 6 ildir Polşadayam həm təhsil alıram həm də evdən işləyirəm. Bura, yəni vətənə gələndə mühitin nə qədər doğma olduğunu anladıq. Bakıda olan rəsmi nümayəndələrlə Polşada olan rəsmilər arasında fərq ölkəyə çatar-çatmaz hiss olundu. Yerləşdirildiyimiz Atletlər kəndində də şərait və bizə göstərilən münasibət çox əladır".
Qeyd edək ki, ötən gün Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun olaraq "AZAL" aviaşirkəti vasitəsilə 100 nəfər vətəndaşımız Varşavadan Bakıya gətirilib və karantinə yerləşdirilib.

Modern.az

ƏVVƏLKİ XƏBƏR

Bakı polisi metroda profilaktik tədbirlər həyata keçirir - FOTO/VİDEO

SONRAKI XƏBƏR

Moskvanın ciddi iddiaları var: müqaviləni əslində kim pozub?