Ramazan ayı başa çatır: Fitrə nə vaxtadək verilməlidir? - Hacı Şahindən AÇIQLAMA (VİDEO)

On bir ayın sultanı mübarək Ramazan ayı başa çatmaq üzrədir. Ramazan ayında oruc tutmaqla yanaşı, vacib olan başqa ibadətlər də var. Bunlardan biri də bayram gününün vacib əməli fitrə zəkatıdır. Ramazan ayı bitmədən maddi imkani normal olan hər bir müsəlman fitrə sədəqəsi verməlidir.

Yenisabah.az xəbər verir ki, bir ay boyunca nəfsini, gözünü və dilini sınağa çəkənlər müqəddəs ay bitmədən Ramazanın son vacib əməlini də yerinə yetirirlər.

Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi Hacı Şahin Həsənli bildirir ki, fitrə zəkatı İslam dinində vacib hesab edilir və maddi vəziyyəti normal olan hər bir müsəlman mütləq Ramazan ayı bitmədən fitrə sədəqəsi verməlidir.

Fitrənin ümumi miqdarı isə ailə fərdlərinin sayına görə müəyyən edilir. Fitrənin pul şəklində miqdarını isə Qafqaz Müsəlmanları İdarəsi bu il 10-15 manat həcmində müəyyənləşdirib.

İlahiyyatçının sözlərinə görə, zəkat verənlər həmin ərzaqların qiymətinə əsasən verəcəyi fitrənin məbləğini özləri də müəyyənləşdirə bilərlər.

Qeyd edək ki, bu il Azərbaycanda Ramazan bayramı mayın 24-nə təsadüf edir.

 

Yenisabah.az

ƏVVƏLKİ XƏBƏR

Azərbaycan xalqı növbəti karantin sərtləşmələrindən yan keçə bilər... Daha bir həftəlik yoluxma piki arxada qaldı…

SONRAKI XƏBƏR

Bir gündə koronavirusa 100 min yoluxma qeydə ALINDI