Zərurət ilə təsadüfün dialektiktikası - Yəhya Babanlı yazır

Zərurət ilə təsadüfün dialektiktikası - Yəhya Babanlı yazır

Tənqid dostlar üçündür!!!

Əslində sağlam tənqid ilə fəaliyyət göstərən hökumət effektiv və dayanıqlı olur. Nəinki, saxta tərifə söykənən hakimiyyət.

 

Bu günkü Azərbaycan reallığında təsadüf ilə zərurət xeyir və şər kimi biri-birinə qənim kəsilib. Ümidləri qırır və istəkləri qazandırır.

İslahatlar fonunda yaranmış ağ rəng qara rənglə boyanır.

Çünki, aparılan kadr dəyişikliklərini toplayanda cəm dəyişmir.

Siyasət dürüst fəaliyyət olmasada, hesab dəqiq elmdi, kitab isə səsih mənbədir.

Eyni cameədən və oxşar təfəkkürlü şəxslərin irəli çəkilməsi işıqlı gələcəyi qaranlığa qərq edir.

 

İstər hökumət, istər parlament, istərsə də məhkəmə-hüquq sistemində Böyük Heydər Əliyevin Ölkəmizə birinci rəhbərliyi dövründə olduğu kimi, imtiyazlı təbəqənin - dövlətçi təfəkkürlü kadrlarla əvəzlənməsi prinsipi nəzər-diqqətə alınmır. Hansı ki, bu günün prioriteti və gözləntilərin çağırışıdı.

 

Prezidentin yeni mərhələdə atdığı addımlar hazırki dövrün tələblərinə uyğun kadırların təqdimatını qaçılmaz və labüd edir.

Məhz, dövlət və cəmiyyətin harmoniyası buna bağlıdır.

Kəmiyyət dəyişmələrinin keyfiyyət dəyişmələrinə

keçməsi inkişafın qanunudur - görünür ki, yalnız fəlsəfədə!

İnkarın inkar qanunu yenə efirdədi - məmur, deputat, ekspert və s.

 

Təsadüf — mütləq olması zəruri olan hadisədir. Eyni təsadüflərin cəmi isə zərurətə bərabərdir. Baş vermiş gözlənilməyən, nəzərdə tutulmayan hadisə; qəziyyə, vəqə, əhvalat.

Zərurət — eyni təsadüflərin müxtəlif zamanlarda bir neçə dəfə təkrarlanması nəticəsində yaranır, təsadüflərin son anı.

Eyni bir hadisə eyni zamanda həm zəruri, həm də təsadüfi olur — bir cəhətdən zəruri, bir cəhətdən təsadüf.

Yəhya Babanlı

Mənbə: faktor.az