Hava yolları bərpa olunduqdan sonra sərnişinlər yeni tədbirlərə alışmalı olacaq

Hava yolları bərpa olunduqdan sonra sərnişinlər yeni tədbirlərə alışmalı olacaq

Xaricə səyahət nisbətən asan idi. Bir ölkəni seçir, ehtiyac olarsa vizanızı alır, hava yolu bileti və ya otel sifariş edib və getməyə hazır idiniz. Lakin turizm sənayesi üzrə mütəxəssislər təcrid olan ölkələrin koronavirus pandemiyasının məhdudiyyətlərini yavaş-yavaş azaltdıqdan sonra səyahətlərin fərqli bir təcrübə olacağını deyirlər.

Koronavirus pandemiyası səyahət də daxil olmaqla, hər şeyi dəyişdi.

Ölkələr ziyarətçilər üçün yenidən açılmağa başladıqda, sənaye üzrə mütəxəssislər yeni normaya alışmaq üçün zaman lazım olacağını deyirlər. Doktor Jan Cons: "İnsanlar səyahət etmək istəyir və geri dönmək istədikləri yerləri çox yaxından izləyir, haranın açıldığına və necə açıldığına diqqət yetirir. Ancaq beynəlxalq səyahət baxımından ilk zamanlar bunun çətin olacağını düşünürəm."

2017-ci ilin son məlumatlarına görə, amerikalılar əsasən 10 istiqamətə - Meksika, Kanada, Britaniya, Dominikan Respublikasına, Fransaya, İtaliyaya, Almaniyaya, İspaniyaya, Yamaykaya və Çinə səyahət edirdi. Lakin bu ölkələrin əksəriyyətində məhdudiyyətlər var və onlar turistlərə ölkələrinə getmələrinə icazə verilmir və ya girişdən sonra karantin tələb edir. Dünyaya Səyahətlər Turizmi Çurasında Qloriya Quevara: “Hal-hazırda ABŞ-a gəldikdə, təəsüflər olsun ki, iki həftəlik karantin tələb olunur. Və bu o deməkdir ki, gəlsəniz 14 gün karantində olmalısınız. Belə bir səyahətin isə heç bir mənası yoxdur. Təcrübəyə və digər ölkələrdə gördüklərimizə əsaslanaraq, test etmək daha doğrudur. "

Bundan əlavə, ABŞ Dövlət Departamenti amerikalıları hələ də səyahət etməməyə çağırır.

Fana Səyahət Agentliyindən Kibret Voldearaqay bunun turizm agentliklərinə böyük zərər verdiyini deyir. “Bizim biznes son üç ayda 98-99, bəlkə də 100 faiz düşüb. Sadəcə, iş yoxdur. Zəng edən yoxdur. Zəng edənlər ancaq uzun müddət əvvəl aldıqları biletləri qaytarıb, pullarının geri aqlmaq istəyirlər."

Beynəlxalq Hava Yolları Birliyindən Piter Serda deyir ki, yenidən səyahətə çıxmaq istəyən insanlar bunun fərqli bir təcrübə olacağından qorxurlar. “Biz hər gün havada 200 mindən çox uçuşu etibarlı, səmərəli şəkildə görməyə öyrəşmişik. Ancaq təəssüf ki, ən azı yaxın gələcəkdə bu fərqli olacaq."

Hava səyahətləri bərpa olunduqdan sonra sərnişinlər temperaturun ölçülməsi, fiziki uzaqlaşma, qeydiyyatdan keçmə, maskalardan istifadə və təyyarə salonlarında sadələşdirilmiş xidmətlər kimi tədbirlərə alışmalı olacaq.

Mənbə: www.amerikaninsesi.org