"Bir əlin min səsi, Könüllülər dəstəsi"

"Bir əlin min səsi, Könüllülər dəstəsi"

Çox qürurverici bir haldır ki,Azərbaycan dövlətinin özəyi ,məsləyi çox sağlam bir gələcəyə,gəncliyə bağlanıb.Bəli ,bu gün çox ağır bir dönəm yaşayan Azərbaycan qarşıda duran siyasi, iqtisadi problemləri ilə tək deyildir.Bas vermiş , məhz,qarşı-qarşıya durduğu probleməri ilə öz gənc ,sağlam pöhrələrinə güvənə bilir ,etibar edə bilir .Bu danılmaz faktdır ki, zəkasına ,biliyinə gücünə ,bacarığına ,köməyinə ehtiyac duyulan gənclərə hər yerdə ehtiyac var. Bu işdə könüllülərin əməyi əvəzedilməzdir .Onlar hər yerdədilər. Bu gənclər, yeniyetmələr bir səsdilər.Hər bir tərəfdə əks -səda veren bu gəncləri , könüllüləri biz Azərbaycanın hər yerində görürük,hiss edirik.Hər bir sahədə onlar ve onların çiçəklənən əməlləri vardır.

 

 

Başda Cənab prezidentimiz İlham Əliyev olmaqla dövlətimiz uzaqgörən,parlaq, inkişaf etdirici məqsəd və siyasətində hər zaman gənclərə yol açıb,onlara dəstək durub,yetişdirib .Bəli ,dövlətin arxasında cəngavər tək duran , önündə ,düşmənin iyrənc ,yalançı siyasətinə alnı açıq ,gözü dik baxan , əli bayraqlı, Azərbaycan gəncləri dayanıb.Bunların içində könüllülərin əməyi danılmazdır. Könüllülər hər bir işə ,böyüklüyündən,kiçikliyindən asılı olmayaraq böyük həvəslə qatılırlar.Onlar yüksək kommunikativ ,texnoloji,innovativ bacarıqlara ,biliklərə malik gənclər kimi yüksək elm sahələrində ,iqtisadi ,sosial problemlərin həlli zamanı dövlətin yanındadırlar. Bunlarla yanaşı eyni zamanda biz onları ölkənin hər bir sahəsində ,yerində kömək əlini uzadaraq yardıma ehtiyacı olanların yanında görürük.Əli iş tutmayan qocalara ,kimsəsizlərə,uşaqlara göstərdikləri mənəvi dəstək əvəzolunmazdır. Saglam dünya naminə birləşən dünya gəncləri arasında bizim gənclər, könüllülər xüsusi,qürurverici zirvədə durur. Gənclərin,könüllülərin təbiəti qoruyaraq, canlı,cansız aləmə göstərdikləri sevgi,nəvaziş,etibar yüksək humanist münasibətlər dünya üçün yüksək amal və müsbət göstəricidir. Var olsun Azərbaycan gəncləri,könüllüləri!Səslərə səs verən ,yüksək elmi qabiliyyətlərə malik bacarıqlı ,vətənsevər gənclər, könüllülər.Əməkləri danılmaz,bir əlin min səsi,könüllülər dəstəsi! Var olasız hər zaman.

 

Bakı şəhəri,Nəsimi rayonu təhsil işçisi

Ağalarova Təranə Məhyəddin qızı

Mənbə: sfera.az