Mahmud Abbasa çağırış edildi

Mahmud Abbasa çağırış edildi

Eastnews.org-un verdiyi xəbərə görə, Fələstinin "İslami Cihad" hərəkatının baş katibi Ziyad ən-Nəhalə Mahmud Abbasın son qərarına münasibət bildirib.

Ziyad ən-Nəhalə açıqlamasında vurğulayıb ki, "İslamı Cihad" Mahmud Abbasın son qərarına ciddi yanaşır.

"Mahmud Abbas qətiyyətli olmalı və qərarının arxasında dayanmalıdır. Əgər Mahmud Abbas geri addım atmasa, Fələstin xalqı onun arxasında olacaq", - deyə Ziyad ən-Nəhalə diqqətə çatdırıb.

O qeyd edib ki, İsrail rejimi ilə tək mübarizə yolu müqavimət cəbhəsinin yanında olmaqdır.

Mənbə: FİM

Mənbə: eastnews.org