DYP-dən cərimələrin ləğviylə bağlı Kamran Əliyev-dən AÇIQLAMA

DYP-dən cərimələrin ləğviylə bağlı Kamran Əliyev-dən AÇIQLAMA

"Dövlət Yol Polisi əməkdaşları tərəfindən ayın 13-dək İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi üzrə qərar qəbul edilməyib".

Bunu Qaynarinfo-ya açıqlamasında Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bir qrup vətəndaş cəmiyyəti, media nümayəndələri, hüquqşünas və ekspertlərin Yol Polisinin yazdığı cərimələrin ləğv olunması ilə bağlı Baş nazir Əli Əsədova müraciət etdiyi məktubdan danışarkən deyib. Onun sözlərinə görə, sözü gedən qərarlar səlahiyyətli şəxslər tərəfindən çıxarılıb:

"O qərarlar niyə ləvg olunmalıdır? Həmin qərarlar səlahiyyətli şəxslər tərəfindən çıxarılıb. Yaxşı olardı ki, həmin şəxslər ayın 12-nə kimi verilən qərarlara baxsınlar. Görsünlər ki, o inzibati xətalar üzrə qərarları hansı əməkdaşlar çıxarıb. Yəni, həmin qərarların bir çoxu polis sahə rəisləri, polis şöbə rəisləri, rəis müavinləri tərəfindən çıxarılıb. Yol polisi əməkdaşları tərəfindən ayın 13-dək inzibati xətalar məcəlləsinin 211-ci maddəsi üzrə qərar qəbul edilməyib”.

Kamran Əliyev qeyd edib ki, həmin vaxtadək Yol Polisi Xidməti əməkdaşlarının həmin maddə üzrə qərar qəbul etmək səlahiyyəti olmayıb: 

"Bu səlahiyyət aprelin 13-də qüvvəyə mindi. Səlahiyyət Dövlət Yol Polisi əməkdaşlarına verildikdən sonra bizim tərəfdən həmin maddə üzrə qərar qəbul edilib”.

Qeyd edək ki, bir qrup vətəndaş cəmiyyəti, media nümayəndələri, hüquqşünas və ekspertlər Baş nazir Əli Əsədova müraciət edib. Müraciətdə bildirilir ki, Dövlət Yol Polisi (DYP) əməkdaşlarının 13.04.2020-ci il tarixinədək İnzibati Xətalar Məcəlləsinin (İXM) 211-ci maddəsi üzrə inzibati məsuliyyətə cəlb etmə səlahiyyəti olmayıb. Ona görə də DYP-nin bu tarixə qədər İXM-nin 211-ci maddəsi üzrə tərtib etdiyi bütün inzibati tənbeh verməyə dair qərarları ləğv olunmalıdır.

Mənbə: qaynarinfo.az