Yeddi ərəb ölkəsində bayram namazı QILINMAYACAQ

Yeddi ərəb ölkəsində bayram namazı QILINMAYACAQ

Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Sudan, Misir, Yəmən və Mavritaniya koronavirusun yayılması səbəbiylə bayram namazını təxirə salıb.

Sonxeber.az xəbər verir ki, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Misir, Qətər və Yəmən bazar gününü Ramazan Bayramının ilk günü elan edib.

Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanının rəsmi televiziyası və İslam İşləri naziri Əbdüllətif Əl-Şeyxin bu il bayram namazının koronavirus səbəbiylə məsciddə, açıq ərazilərdə qılınmayacağı haqqında qərar qəbul etdiyini açıqlayıb.

Birləşmiş Ərəb Əmirlikləri

Birləşmiş Ərəb Əmirlikləri Hökuməti İnformasiya İdarəsi bayram günlərində məscidlərin bağlı qalacağını və bayram namazının ölkənin rəsmi fətva mərkəzinin şərtlərinə uyğun olaraq evdə qılına biləcəyinə dair qərar verilib.

Qətər

Qətərdə məscidlərin koronavirus səbəbiylə bağlı qalacağı və camaatla birlikdə duaların edilməyəcəyi elan edilib.

Sudan

Bu gün bayram hilalının müşahidə olunacağını bildirilən Sudanda bayram namazı üçün məscid və meydanların bağlanması üçün verilən fətvada bayram namzınn evdə qılına biləcəyi qeyd olunub.

Misir

Misir Vəqflər Nazirliyinin açıqlamasında, məscidlərin içərisində və xaricində bayram namazı qılmağa icazə verilməyəcəyi qeyd edilib.

Yəmən

Yəmənin müvəqqəti paytaxtı Ədəndəki məscidlərə cavabdeh olan nümayəndə heyəti tərəfindən verilən açıqlamada koronavirus səbəbiylə bayram günlərində məscidlərin bağlı qalması haqqında qərar verilib.

Mavritaniya

Mavritaniya İslam İşləri Nazirliyi açıqlamada bayram namazının alimlərlə məsləhətləşmələri nəticəsində camaatla qılınmayacağını açıqlayıb.

F.Ağayeva

Mənbə: sonxeber.az