ÜST koronavirusun yeni episentrini AÇIQLADI

ÜST koronavirusun yeni episentrini AÇIQLADI

Ümumdünya Səhiyyə Təşkilatı koronavirusun yayılmasının yeni episentrinin Cənubi Amerika olduğunu açıqlayıb.
Sonxeber.az xəbər verir ki, ÜST Braziliya ilə birlikdə Cənubi Amerikanın koronavirus epidemiyasının yeni mərkəzinə çevrildiyini açıqlayıb. Təşkilat eyni zamanda Braziliyanın qitədəki virusdan "ən çox təsirlənən" ölkə olduğunu qeyd edib.
Qeyd edək ki, Amerika qitəsində epidemiyanın əvvəlki mərkəzi ABŞ olub.

Şəlalə Babayeva

Mənbə: sonxeber.az