Gümrüdə etiraz: Rusiyalı hərbi qullquçunun məhkəməsi niyə ard-arda təxirə salınır?

Gümrüdə etiraz: Rusiyalı hərbi qullquçunun məhkəməsi niyə ard-arda təxirə salınır?

Ermənistanın Gümrü şəhərinin sakini Culiyeta Qukasyanın qətlə yetirilməsi ilə bağlı məhkəmə iclası bir-birinin ardınca təxirə salınır. Gah ittihamçı tərəf məhkəməyə gəlmir, gah Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasının hərbi qulluqçusu Andrey Razqildeyev məhkəməyə gətirilmir. Hərbi bazanın rəhbərliyi Razqildeyevin təhlükəsizliyi üçün təhlükəsizlik zəmanətləri tələb edir. Keçən dəfə məhkəmə iclası yenidən təxirə salındı, çünki bu dəfə polis müttəhimi məhkəməyə gətirmək üçün Rusiya hərbi bazasının ərazisinə daxil ola bilməmişdi. Hərbi bazanın komandiri Martinyuk ezamiyyətdə olub, Şirak Regional Polis İdarəsini müşayiət edən taqımın hərbi bazaya daxil olmasına sadəcə icazə verilməyib.

Erməni KİV-ləri yazır ki, bu xəyal qırıqlığı, davamlı təxirə salınmalar zərərçəkən tərəfi qəzəbləndirir. Ölən şəxsin hüquqi varisi Anahit Qukasyan, nüfuzlu qohumlarının olmadığından cinayət işinin araşdırılmasına ciddi yanaşılmadığını, əhəmiyyət verilmədiyini bildirib.

“Hər dəfə gah hakim, gah prokuror yoxdur, deyə bir səbəb tutub təxirə salırlar. Bu şəhərdə heç bir məhkəmə yoxdur, mühakimə yoxdur, ölkədə qanun yoxdur, zəiflərə əl tutan da yoxdur, zəifləri daha çox sıxışdırıb vururlar. Yəqin rusun arxasında duran var, bir şey edəcəklərindən qorxurlar”, - deyə Culiyetanın bacısı bildirib.

Anahit yenə də hadisəni necə öyrəndiyini çox dəqiq xatırlayır. Dediyinə görə, hər ikisi, hər zaman olduğu kimi, səhər işə gedib, polis əməkdaşlarının gəlib evlərinə getdikləri barədə qonşularından ona zəng gəldikdə, olduqca qorxduğunu, anasına zəng etdiyini, ancaq zənglərin cavabsız qaldığını xatırlayır.

“Yolda milis maşını yolda mənim qabağımı kəsdi, dedilər ki, anam döyülüb, gözlərinin altında qançırlar var. Xəstəxanaya qaçdım, qəbul yerinin ön qapısı açıq idi, anamın yatdığını, gözləri şişmiş, hərəkətsiz, lakin sağ olduğunu gördüm. İmkan vermədilər, çox kobud bir şəkildə çıxartdılar və reanimasiya şöbəsinə apardılar.
Məni də aldatdılar və mənə polisdən zəng edib çağırdıqlarını dedilər, buna görə 15 dəqiqə tamaşa oynadılar və xəstəxanadan zəng gəldi, anamın gözlərini açdığını düşündüm, amma dedilər ki, anan daha yoxdur”, - deyə o qeyd edib.

O, qətlə yetirilən anası ilə vidalaşa bilmədiyi üçün təəssüflənir. Həkimlər xəstəxanaya girməyi qadağan ediblər․

Qızın dediyinə görə “anasının ağzını bağlamışdılar”. O, Culiyettanın həyatını xilas etməyin mümkün olduğuna əmin olsa da, bunu etmədiklərini düşünür.
Zərərçəkənin hüquqi varisinin nümayəndəsi Arayik Zalyan 4 fevral tarixində baş tutan məhkəmə iclasında müttəhimin əsassız səbəblə məhkəməyə gəlmədiyini bildirib. Qanuna uyğun olaraq müttəhimin məhkəməyə gətirilməsinə dair vəsatət qaldırılmış, məhkəmə isə vəsatəti rədd etmişdi.

Nümayəndə Hayk Hakobyan onların irəli sürdüyü mövqeyin yalnız qanuna söykəndiyini söyləmişdi. Ancaq əslində, hərbi bazanın müttəhimi Ermənistan Məhkəməsinə təqdim etmək istəmədiyini görürlər.

“102-ci hərbi bazanın Andrey Razqildeyevi məhkəməyə vermək istəməməsi açıq-aydın görünür. Yazılı təhlükəsizlik zəmanətlərini tələb edirlər və qeyd edirlər ki, müttəhimin məhkəməyə təqdim olunmasında mövqeləri dəyişməyib və məhkəmənin tələbinin yerinə yetirilməsi hərbi baza komandirinin səlahiyyətinə daxil deyil. Əslində isə komandanlığın bu cür zəmanət tələb etmək üçün açıq bir qanuni əsası yoxdur və belə əsaslarla müttəhimi məhkəməyə gətirilməməsi isə qanuni deyil”, - deyə Hakobyan bildirib.

Zərərçəkmiş tərəf artıq Ermənistan Baş Prokurorluğuna bildiriş təqdim edib, lakin müəyyən edilmiş müddətdə cavab almayıb.

Razqildeyevnin vəkili Narine Rştuni, suallara cavab vermək istəməyib, müvəkkilinin bu mərhələdə müsahibə verməsini qadağan etdiyini söyləyib. Yeganə qohumunu itirən Anahit Qukasyan ədliyyə orqanlarından lazımi araşdırma aparılmasını xahiş etməyə davam edir.

 

Mənbə: ordu.az