"Yayılan məlumat növbəti dezinformasiyadır" - RƏSMİ

Bu gün, səhər saatlarında işğal altında olan Qarabağda yerləşdirilən qanunsuz "hərbi birləşmə" tərəfindən Azərbaycan Ordusunun diversiya aktı həyata keçirməsi, həmçinin itki verərək geri çəkilməsi barədə əsassız məlumat yayılıb. Ordu.az yayılan məlumatla bağlı Müdafiə Nazirliyinə sorğu göndərib.

Nazirlikdən yayılan məlumatın növbəti dezinformasiya olduğu bildirilib.

"Azərbaycan Ordusunun diversiya əməliyyatı keçirməsi barədə qondarma rejimin yaydığı məlumat növbəti dezinformasiyadır", - deyə nazirliyin açıqlamasında qeyd olunub.

 

Ordu.az

ƏVVƏLKİ XƏBƏR

“Pandemiyadan sonra turizmin bərpası və inkişaf planları” - Video

SONRAKI XƏBƏR

Mədəniyyət naziri postuna daha bir sürpriz namizəd - İcra başcısı nazir olmaq istəyir