"Bu, insanlarda çox psixi xəstəliklərə də gətirib çıxara bilər"

"Bu, insanlarda çox psixi xəstəliklərə də gətirib çıxara bilər"

Koronavirusa yoluxmamaq üçün hansı qaydalara əməl etmək lazım olduğunu hamımız bilirik, düzgün də təlimatlanırıq. Bu xəstəlik bizdə olsa belə ondan rahat qurtula biləcəyimizi də bilməliyik.

Bunu Milli.Az-a açıqlamasında psixoloq Vüsalə Əmiraslanova deyib.

O, koronavirusun psixoloji təsirindən əziyyət çəkən insanlara iki vacib məsləhət verib:

"İnsanlarda ya məlumatsızlıq var, ya da aşırı məlumatlılıq var. Ya biz çox şey oxuyub narahat oluruq, ya da məlumatsızlıq olur deyə belə olur. Bu, adi bir qripdir, sadəcə, daha təhlükəli bir formasıdır. İmmunitetimizi qoruyaraq, psixoloji olaraq özümüzü hazırlayaraq ki, məsələn, nə olursa olsun, mən bu vəziyyətdən sağlam çıxacam.

İnsanlara koronavirusun psixoloji təsirindən çıxmaq üçün nələr məsləhət görürəm?!

Birinci: Artıq evdə deyillər. Əvvəl evdə idilər, daha çətin keçirdirdilər bu dönəmi. İndi artıq cəmiyyət arasında olub, bir az daha çox insanlarla ünsiyyət imkanı yaranıb. Neqativ xəbərlərdən, neqativ suallardan, neqativ söhbətlərdən uzaq durmaqla psixoloji olaraq bu qorxunu özümüzdən uzaq tuta bilərik. Özümüzü daha çox işimizə həsr edək, maraqlı kitablar oxuyaq.

İkinci: Hər şeyi həyatın axıına buraxsaq, bu stresdən uzaq qala bilərik. Düşünək ki, onsuz da, bu həyat nə zamansa bitəcək. Yəni, bz onu qəbullanmasaq, xəstəlik bizi, onsuz da, tapacaq. Həyatı, insanları necə ki olduğu kimi qəbul ediriksə, xəstəliyi də qəbul etmək lazımdır. Bu virus müəyyən müddətdən sonra çıxıb gedəcək. Bunu qəbul etdikdən sonra insanlarda panika yaranmır artıq.

Psixoloq yumşaldılmadan sonra vətəndaşların karantin qaydalarına əməl etməməsini normal adlandırıb:

"Karantin müddəti uzandıqca insanlarda evdə bir aqressiya yaranmışdı və düşünürdülər ki, qadağa ləğv ediləndən sonra biz də azadlığa çıxacağıq. O insanlar düşünürdülər ki, "Belə bir xəstəlik yoxdur. Bizi müəyyən müddətlik evə salıblar. Qadağa ləğv olunandan sonra əvvəlki həyatımıza qayıdacağıq". Bəzi qrup insanlar düşünür ki, bu virus var və nə vaxtsa məni tuta bilər. Ümumiyyətlə, buna inanan, faciələşdirən var və yaxud da heç inanmayan var. Hər ikisi təhlükəlidir.

Yumşaldılmadan sonra küçəyə çıxıb qaydalara əməl etməyən insanlar heç inanmayanlar qrupuna daxil insanlardır. Kimin ki müəyyən inamı varsa, gözü ilə gördüyü, yaxud tanışlarının danışdığı müəyyən faktlar varsa, onlar özlərini qorumağa meyillidir. Onsuz da, insanlar uzun müddət karantində qala bilməzlər. Bu, insanları prixoloji gərginliyə salacaq. Hətta çox psixi xəstəliklərə də gətirib çıxara bilər. İnsanlar iki aydır sıxılmış vəziyyətdə qaldıqları üçün onların karantin qaydalarına əməl etmək istəməmələri, reaksiyaları normaldır. Amma neqativ xəbərlərdən uzaq duraq. "Wathsapp" qruplarında neqativ səsyazmalar atırlar bir-birlərinə, bundan uzaq olaq. Virus var, dövlət nə qaydalar qoyursa, əməl etmək lazımdır. Hər halda bir bildikləri var".

Təhməz Təkin
Milli.Az

Mənbə: news.milli.az