Partiya sədrindən RAMAZAN TƏBRİKİ

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Azərbaycan xalqını müqəddəs Ramazan bayramı münasibətilə təbrik edib.

Demokrat.az xəbər verir ki, təbrikdə deyilir:
“Əziz xalqım, əziz bacı və qadaşlarım, sizi müzəddəs Ramazan bayramı münasibətilə ürəkdən təbrik edirəm. Süfrəniz ruzi-bərəkətli olsun. Qoy uca Allah hər birimizə cansağlığı versin ki, biz Qarabağımızı birlikdə işğalçıdan azad edək. Və tezliklə müqəddəs və milli bayramlarımızı azad edəcəyimiz torpaqlarımızda qeyd edək.
Arzu edirəm ki, ölkəmiz dünyanı bürüyən pandemiyadan tezliklə xilas olsun. Xalqımız sağlığına qovuşsun.
Əziz xalqım, bildiyiniz kimi, dövlət başçımız təkcə xarici düşmənlərimizlə deyil, daxili satqınlarımızla da mübarizə aparır. Eyni zamanda, korrupsioner məmurların insanlarımızı incidən əməllərinin qarşısını alır. Gəlin Prezidentimizin yanında olaq və onun mübarizəsinə qoşulaq.
İnanıram ki, biz birlikdə firavan, korrupsionersiz məmurların olduğu dinc ölkəyə sahib ola biləcəyik.
Mən bir daha öz adımdan və partiyamızın adından bütün Azərbaycan xalqını təbrik edirəm. Ramazan bayramınız mübarək!”(versus.az)

Demokrat.az

ƏVVƏLKİ XƏBƏR

Fransaya gələnlər vətəndaşlığından asılı olmayaraq 14 günlük karantinə alınacaq

SONRAKI XƏBƏR

Nura Suridən Prezidentə açıq məktub - “Musiqiçilərin halı necə olacaq?“