“Baktelecom”dan ehtiyacı olanlara Ramazan sovqatı

“Baktelecom”dan ehtiyacı olanlara Ramazan sovqatı

Bakı, 23 may, AZƏRTAC

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "Bakı Telefon Rabitəsi" MMC (“Baktelecom”) müqəddəs Ramazan bayramı ərəfəsində aztəminatlı ailələrə bayram sovqatı paylayıb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, aksiya çərçivəsində qurumun əməkdaşları tərəfindən rabitəçi şəhid ailələri də ziyarət edilib.

Xeyriyyə təşəbbüsünə “Baktelecom”un strukturuna daxil olan bütün rabitə xidmətləri mərkəzləri, idarə və təşkilatlar da qoşulub.

Ziyarət zamanı vətəndaşların rabitə xidmətləri ilə bağlı təklif və müraciətləri də dinlənilib.

Mənbə: azertag.az