Binəqədi rayonunda Ramazan bayramı ərəfəsində sosial aksiya keçirildi (FOTO)

Binəqədi rayonunda Ramazan bayramı ərəfəsində sosial aksiya keçirilib.

Trend-in məlumatına görə, koronavirus pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə "Heydər Əliyev Fondu" və "Regionların İnkişafı İctimai Birliyi" tərəfindən ölkədə həyata keçirilən "Biz birlikdə güclüyük" layihəsinə "Siyəzən broyler" ASC-də dəstək verir. Ramazan bayramı ərəfəsində Milli Məclisin deputatı Kamaləddin Qafarovun da fəal iştirak etdiyi aksiya çərçivəsində 05 may tarixindən 22 may tarixinədək 11 min 500 ailəyə 30 tona yaxın quş əti paylanıb.

Aksiyada YAP Binəqədi Rayon təşkilatının Gənclər Birliyinin könüllüləri fəal iştirak edib.

Trend.az

ƏVVƏLKİ XƏBƏR

ABŞ-da bir günə 23 mindən çox insan koronavirusa yoluxdu

SONRAKI XƏBƏR

Conson Çin nəhəngini Britaniyadan çıxarır