Türkiyədə avtomobil qəzasında üç həmyerlimizin ölməsi barədə xəbərlər həqiqəti əks etdirmir

Türkiyədə avtomobil qəzasında üç həmyerlimizin ölməsi barədə xəbərlər həqiqəti əks etdirmir

Türkiyə KİV-lərində Trabzonda baş vermiş avtomobil qəzasında üç Azərbaycan vətəndaşının ölməsi barədə yayılan xəbərlər həqiqəti əks etdirmir.

Azərbaycanın Ankaradakı Səfirliyindən AZƏRTAC-a verilən məlumata görə, diplomatik nümayəndəliyimizin dövlət orqanları ilə apardığı araşdırma nəticəsində məlum olub ki, sözügedən qəzada 1 Türkiyə və 2 Əfqanıstan vətəndaşı həlak olub. Avtomobildəki digər şəxs Azərbaycan vətəndaşı olub. Həmyerlimiz hadisədən dərhal sonra Trabzonun Of Rayon Xəstəxana çatdırılıb. Hazırda Trabzon xəstəxanasında müalicə olunan yaralı vətəndaşımızın səhhətində həyati təhlükə yoxdur.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Mənbə: azertag.az