Ramazan ayında səhvə yol verməmək və orucu pozmamaq üçün hədisləri necə rəvayət etmək lazımdır?

Orucu pozan əməllərdən biri də qəsdən Allahın, Həzrət Mühəmməd Peyğəmbərin (s) və imamların, eləcə də, digər peyğəmbərlərin adından yalan danışmaqdır. Yalan danışmaq deyərkən, qəsdən bunların sözünü (yəni ayə və hədisləri) təhrif etmək, əksinə söyləmək və söyləmədikləri sözləri onlara aid etmək nəzərdə tutulur. Buna görə də, Ramazan ayında Quran ayəsi və hədis söyləmək istəyən şəxs xüsusilə diqqətli olmalıdır ki, səhvə yol verməsin. Orucluq zamanı insan çalışmalıdır ki, düzgünlüyünü dəqiq bildiyi hədis və rəvayətləri nəql etsin, əgər bunları əzbər bilmirsə, üzündən oxusun. Şübhəli, mübahisəli mövzulara aid olan, sənədi bəlli olmayan hədisləri söyləmək orucun batil olması ilə nəticələnə bilər. Yaxşı olar ki, ümumiyyətlə, bir hədis söylənən zaman mənbəsi də bildirilsin; məsələn, "filan kitabda yazılıb ki" və ya "filan alim öz kitabında yazıb ki".

Milli.Az

Milli.az

ƏVVƏLKİ XƏBƏR

Türkiyədə koronavirus qurbanlarının sayı 4 300-ü ötdü

SONRAKI XƏBƏR

Heydər Əliyev Fondu vətənin dəyərli insanlarıyla BAYRAMLAŞDI - VİDEO