Türkiyədə karantin yataqxanaları tamamilə boşaldılıb

Türkiyədə karantin yataqxanaları tamamilə boşaldılıb

İstanbul, 23 may, AZƏRTAC

Türkiyədə COVID-19 pandemiyası ilə əlaqədar vətəndaşların saxlandığı yataqxanalar tamamilə boşaldılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin Gənclik və İdman naziri Mehmet Muharrem Kasapoğlu bildirib.

Qeyd edilib ki, bugünə qədər Türkiyənin 76 şəhərindəki yataqxanalarda umumilikdə 77 min 441 nəfər karantinə alınıb.

Xatırladaq ki, Türkiyənin Səhiyyə Nazirliyinin koronavirus üzrə elmi şurası tərəfindən alınan qərara əsasən, artıq xaricdən bu ölkəyə gələn vətəndaşlar COVID-19-la bağlı yataqxanalarda karantinə alınmayacaqlar. Onlar hava limanlarında müayinə ediləcək və karantin müddətini evlərində keçirəcəklər.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

Mənbə: azertag.az