Dövlət Dəniz Agentliyindən hava ilə bağlı - Xəbərdarlıq

Dövlət Dəniz Agentliyindən hava ilə bağlı  - Xəbərdarlıq

Dövlət Dəniz Agentliyi xüsusi təhlükəli hava barədə xəbərdarlıq edib.

“Qafqazinfo”nun məlumatına görə, xəbərdarlıqda bildirilir ki, mayın 23-ü gündüzdən 24-ü axşamadək Xəzər dənizi akvatoriyasında şimal-qərb, şimal küləyinin sürəti 19-24 m/s, arabir 28-33 m/s-dək güclənəcək, 23-ü axşamdan 24-nə keçən gecə isə açıq dənizdə arabir 35-38 m/s-dək şiddətlənmə ehtimalı var.

Xəzər dənizində dalğanın hündürlüyü 3-5 metr, sonrakı inkişafda 6-8 metr və daha çox olacağı gözlənilir.

Mənbə: qafqazinfo.az