Akvakultura məhsullarının emalı və satışına nəzarət edəcək yeni orqan müəyyənləşib

Akvakultura məhsullarının emalı və satışına nəzarət edəcək yeni orqan müəyyənləşib

Nazirlər Kabineti “Akvakulturanın həyata keçirilməsi Qaydası”nda dəyişiklik edib.

APA-nın məlumatına görə, qüvvədə olan Qaydaya əsasən, akvakultura məhsullarının emalı, tədarükü, saxlanması, daşınması və emal məhsullarının satışında dövlət standartlarının və standartlaşma üzrə digər normativ sənədlərin tələblərinə əməl olunmasına nəzarət Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, sanitariya-gigiyena tələblərinə nəzarət Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilir.

Dəyişikliyə əsasən, bu sahədə yeni səlahiyyətli orqan müəyyənləşib. Akvakultura məhsullarının emalında, tədarükündə, saxlanmasında, daşınmasında və emal məhsullarının satışında qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə əməl olunmasına nəzarət Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçiriləcək.

Mənbə: apa.az