“Dövlətin vəsaiti uzun müddət mənasız serialların çəkilişinə həsr olunub, Qarabağa gəlincə...”

“Dövlətin vəsaiti uzun müddət mənasız serialların çəkilişinə həsr olunub, Qarabağa gəlincə...”

Cümşüd Nuriyev: “Mübariz İbrahimov türklərdə olsaydı, indi onun haqqında ən az 10 müxtəlif serial çəkmişdilər”

Xəbər verdiyimiz kimi,ermənilər mayın 28-də Kanadada Qarabağ həqiqətlərinin mahiyyətini təhrif edən,prosesləri sırf erməni maraqları konteksində işıqlandıran yeni bir filmin təqdimatınıhəyata keçirəcəklər.

Maraqlıdır, bəs ölkəmiznecə, incəsənətin imkanlarından Qarabağ həqiqətlərinin təbliğində kifayət qədəristifadə edə bilirmi?

Moderator.az-a açıqlamaverən siyasi elmlər doktoru, politoloq Cümşüd Nuriyev ölkəmizdə bu sahədə vəziyyətinəsla ürəkaçan olmadığını söylədi:

“Təbii ki, ölkəmiz Qarabağhəqiqətlərinin təbliğində incəsənətin imkanlarından istifadə etməlidir, ammaetmir. Çox təəssüflər olsun ki, dövlət tərəfindən ayrılan vəsait uzun müddət tərbiyəsizseriallara həsr olunub. 300-500 seriallıq bu filmlər kimə lazımdır? Ölkədə nə qədərsəviyyəsiz artistlər var, hamısı ora yığılıb. Adi kameralarla çəkilən, insandahər hansı müsbət fikir oyatmayan bu serialların heç bir əhəmiyyəti, önəmiyoxdur.

Qarabağla bağlı cəmi 3-4film çəkilib. Azərbaycanın bu qədər qəhrəmanı, şəhidi var... Mübariz İbrahimovtürklərdə olsaydı, indi onun haqqında çoxdan 10 dənə serial çəkmişdilər.Allahverdi Bağırov və digər qəhrəmanlarımızın həyatı, döyüş yolu ilə bağlı bucür filmlərin çəkilməsi olduqca vacibdir. Ancaq bu gün biz belə filmləri görəbilmirik. Bu isə ancaq və ancaq təəssüf doğurur”.

Seymur ƏLİYEV

Mənbə: moderator.az