Çılpaq fotolara görə "polislərin ombudsmanı" həbs olunub

Çılpaq fotolara görə "polislərin ombudsmanı" həbs olunub

Moderator.az xəbər verir ki, 2018-ci ildə sosial şəbəkələrdə çılpaq fotolarının paylaşılmasına razılıq vermiş bir qadının 2020-ci ildə Vladimir Vorontsovdan şikayətçi olması çoxlarını təəccübləndirib.

Qeyd edək ki, Vladimir Vorontsov sosial şəbəkə fəalıdır. O, virtual formada "Polislərin ombudsmanı" layihəsini həyata keçirir və bu layihə ilə tanınır. Onu “polislərin ombudsmanı” adlandırırlar.

Qadın pornoqrafik şəkillərinin ondan icazəsiz yayıldığını və buna görə “polislərin ombudsmanı”nı iddia edən kimi Rusiyada Vladimir Vorontsov barədə cinayət işi açılıb və o, həbs edilib. Daha sonra "Polislərin ombudsmanı" layihəsinin Voloqda şəhərində yerləşən ofisində axtarış aparılıb. Burada layihənin digər administratoru İqor Xudyakov da həbs edilərək paytaxt Moskvaya gətirilib. Hazırda Vorontsov və Xudyakov Moskvada istintaq təcridxanasında saxlanılırlar.

Hüquq müdafiəçisi, vəkil Sergey Badamşin deyib ki, Vladimir Vorontsov pornoqrafik fotolarla bağlı ittihamı qəbul etmir və həbsini siyasi sifariş sayır.

Mənbə: moderator.az